Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp göstəriş verdi: Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib

Bu barədə “NBC News” məlumat yayıb.

Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövıət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli jurnalist amal Xaşoginin qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

“NBC News” əlavə edir ki, Trampın bu qərarı onun ABŞ-dakı əleyhdarları tərəfindən hiddətlə qarşılanıb.

Bildirildiyinə görə, Tramp administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyası baş tutmayacağı təqdirdə onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar. Sonuncu varianta əl atılarsa, mənbə iddia edir ki, bu addımı Fətullah Gülənin şəxsi istəyi ilə atdığı vurğulanacaq.

Bəzi şərhçilərin fikrincə, ABŞ-ın Güləni ekstradisiya etmək qərarının əsas səbəbi Xaşogi cinayətindən sonra Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istəyidir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar