Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə partlayış baş verən binanın dağıntıları altından ana və övladının meyitləri tapılıb

Tbilisidə yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində ana və onun azyaşlı uşağı ölüb

“Report”un Gürcüstan bürosu xəbər verir ki, binada həyata keçirilən axtarış-xilasedici əməliyyat zamanı onların meyitləri dağıntılar altında aşkar olunub.
Bu gün səhər saatlarında binada baş vermiş partlayış binanın 3 və 4-cü mərtəbələrinin dağılması ilə nəticələnib. Hadisə zamanı Məmmədovlar ailəsinin 3 üzvü də xəsarət alıb. Onlar iki və üçüncü dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.
Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.
Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar