Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN-dən Ukraynadakı səfirliyimizdə baş verən qalmaqala reaksiya

Xarici İşlər Nazirliyində Azərbaycanın Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik bəyan edib ki, aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfriliyi eks-səfir Tələt Əliyevin dövründə səfirlik binasında aparılmış təmir işləri zamanı Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaitinin mənimsənildiyini bəyan edib.

“2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı Səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı Səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır”,-deyə səfirliyin rəsmi məlumatına bildirilib.

pia.az


Etiket: XİN Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar