Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda əldə çıraqla axtarılan deputat

81 saylı Beyləqan seçki dairəsindən deputat İsmayılov Şahin Əmir oğlunu axtarırlar

Cahan.info xəbər verir ki, deputat seçiciləri ilə görüşmür. Çünki çox vaxt Bakıdadır.

Ötən il də millət vəkili ilə görüşə əsl ehtiyacı olan insanlar görüşə buraxılmayıb. Ş.İsmayılov seçicilərlə deyil, icra hakimiyyətinin işçiləri ilə görüşüb.

Görüşdə kənd icra nümayəndəliyinin, kənd bələdiyyələrinin, təhsil şöbəsinin və digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Sonra deputat Beyləqanı tərk edib.

Şahin İsmayılov vaxtilə Elnur Aslanova yaxın şəxslərdən biri olub. O, daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarda vəsaitləri mənimsəyən bir şəxs kimi ad çıxarıb.

Beyləqandan deputatlığa namizədliyini vermiş Tapdıq Abbas bildirmişdi ki, Şahin İsmayılovun rayonla heç bir əlaqəsi və orada iş görmək imkanı yoxdur:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“O, əvvəllər Beyləqanı xəritədə görə bilərdi. Yaxşı olar ki, millət vəkili o yerlə bağlı olan, əhalinin problemlərini, ağrı-acılarını bilən adam olsun.

Beyləqan bu gün ölkənin ən xaraba qalmış rayonlarından biridir. O istəsə belə bu rayonla yaşaya bilməz. Çünki onun Beyləqandan xəbəri yoxdur”.

Doğurdan da deputatın seçkidəki alternativinin söylədikləri öz təsdiqini tapmaq üzrədir. Millət vəkili ilə Beyləqan arasında rabitə yoxdur. O, ən yaxşı halda RİH toplantılarında iştirak edir və rayondan gedir.

Seçicilər də ondan şikayətlənir ki, sözlərini deməyə deputatı tapmırlar. Hər kəsin sosial problemi var, Beyləqanda həllini tapmayan məsələlər var. Seçicilər onları deputatın nəzərinə çatdırmaq istəyirlər.

Ancaq onu da bilirlər ki, Ş.İsmayılov Beyləqanın problemlərini parlamentdə qaldırmayacaq. Necə ki, deputatlıq fəaliyyəti dövründə – geridə qalan 3 ildə heç vaxt ağzını açıb problemlərdən danışmayıb.

Bu vaxta kimi Beyləqanı təmsil edən deputatlardan heç biri vətəndaşların problemlərini Milli Məclisdə dilə gətirməyib.

Beyləqanlılar deyir ki, necə ola bilər ki, 100 min insanın tanımadığı adam deputat olsun?!

Bu narazılıqlarla bağlı deputatın münasibətini dərc etməyə, gördüyü işləri işıqlandırmağa hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar