Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Milli Məclisin işçilərinin əmək haqqı artırılmalıdır"

“Mən bu gün də bu fikirdə qalıram ki, Milli Məclisin işçilərinin əmək haqqı artırılmalıdır”

Deputat bu fikirləri Milli Məclisdəki çıxışında bildirdi. O həmçinin deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif etdi:

“Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. İndi də mərhum prezidentimiz Heydər Əliyevi rəhmətlə anıram. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. O baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.

Q.Həsənquliyev bəzi media mənsublarının onun ötən iclaslarda səsləndirdiyi fikirlərini təhrif etdiyini söylədi. O bildirdi ki, onun fikirləri təhrif olunduqdan sonra keçmiş həmkarı Cəmil Həsənli başda olmaqla bəzi ünsürlər ona qarşı əks-təbliğata başlayıb. Deputat onun fikirlərini təhrif etdiyi üçün bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini istədi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Q.Həsənquliyev qeyd etdi ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: “Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar