Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda vulkan təhlükəsi

Abşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər

Bunu oxu.az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb: “Mən yaxın aylarda altı palçıq – Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarının püskürməsinin ehtimal olunduğu proqnozunu vermişdim. Qobustanda olan Şəkixan və Ayazaxtarma vulkanları artıq püskürüb. Bunların püskürməsi qorxulu deyil.

Yaxın aylar ərzində də dörd palçıq vulkanının püskürəcəyi gözlənilir. İki palçıq vulkanı var ki, onların püskürməsi qorxuludur. Abşeron yarımadasında Bozdağ Qobu vulkanının püskürməsi çox qorxuludur.

O püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Həmin binalar vulkanın mərkəz hissəsinə yaxın yerləşir. Digər tərəfdən, ora yaşayış binaların sakinləri tərəfindən də zibillənir.

İnsanlar məskunlaşan zaman vulkana yaxın ərazidə ev tikməməlidirlər. Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürən zaman çat əmələ gəlmişdi. 1200 metr uzunluğundakı o çat Hökməli qəsəbəsində yerləşən üç binaya çatmışdı. Həmin ərazidə qorxulu vəziyyət yarandığı üçün sakinləri köçürmüşdülər. İndi Hökməli qəsəbəsində də vulkan ətrafında böyük bir yaşayış massivi əmələ gəlib, amma bu çox təhlükəlidir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Adil Əliyev bildirib ki, Ələt qəsəbəsindəki Bahar vulkanında da püskürmə güclü ola bilər, amma Bozdağ Qobu kimi qorxulu deyil: “Çünki ətrafında yaşayış binaları yoxdur. Bu vulkan püskürərsə, geniş əraziyə yayılacaq. Azərbaycanda hər il quru sahələrdə iki-üç vulkan püskürməsi baş verir.

Bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır. 2011-ci ildən Azərbaycanda palçıq vulkanlarının püskürməsi baxımından vəziyyət sakit idi. Ötən il isə aktivləşmə müşahidə edilib”.

Professor qeyd edib ki, palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə şərait yaradır: “İnsan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb. 2000-ci ildə Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı püskürmüşdü. Vulkanın kraterinin ətrafında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb və onun püskürməsi süni baş verib”.

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında yeddi vulkan püskürüb. Abşeron yarımadasında - Otmanbozdağ, Lökbatan, Keyrəki, Şamaxı-Qobustan rayonunda isə Bozaxtarma, Şixzərli, Qarıca və Şəkixan vulkanları püskürüb.

Həmin aktivliyin davamı bu il də müşahidə edilib. Belə ki, bu il Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (iki dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ vulkanları püskürüb.

pia.az


Etiket: vulkan Abşeron

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar