Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pullu orta təhsil gündəmə gəlir –Qanuna dəyişikliklər ediləcək  

Azərbaycanda ümumtəhsil məktəbləri bəzi təhsil proqramlarını bundan sonra pullu təşkil edə biləcəklər

Nazirlər Kabineti “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”nə bununla bağlı əlavələr edib. Əlavələr noyabrın 13-də açıqlanıb.

İndiyədək “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”ndə təhsilin pulsuz olduğu vurğulanırdı.

Nizamnamənin 1.6-cı maddəsinə görə, “Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur”. Həmin maddə aşağıdakı mətndə təqdim edilib:

“Təhsil haqqında” Qanuna uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər”.

Xatırladaq ki, hazırda Azərbaycanda ödənişli əsaslarla fəaliyyət göstərən özəl orta məktəblər çoxdur. Azərbaycandakı dövlət təhsil müəssisələri də daxil bütün ali məktəblərin 70 faizində isə oxumaq ödənişlidir. Bu məsələ zaman-zaman cəmiyyətdə tənqidlərə səbəb olur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar