Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçan naməlum obyektlərlə bağlı araşdırma aparılır

İrlandiya Mülki Aviasiya İdarəsi "British Airways" və "Virgin Airways" şirkətlərinə məxsus təyyarələrin pilotlarının ölkənin cənub-qərb bölgəsində səmada gördüklərini iddia etdikləri parlaq işıqları olan uçan naməlum obyektlərlə (UNO) bağlı araşdırma aparır

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, "British Airways"in adı açıqlanmayan pilotu noyabrın 9-da Şannon aeroportunun dispetçer qülləsi ilə əlaqə yaradaraq bölgədə hərbi təlimlərin olub olmadığını soruşub. O, idarə etdiyi təyyarənin yanından parlaq işıqları olan obyektlərin sürətlə keçdiyini və şimala doğru uçduqlarını bildirib. Pilota həmin bölgədə hər hansı hərbi təlimin olmadığı cavabını veriblər.

Daha sonra danışığa müdaxilə edən "Virgin Airways"in pilotu da bu obyektlərin meteor, yaxud Yerin atmosferinə daxil olan bir göy cisimləri ola biləcəyini söyləyib. Pilot əlavə edib ki, obyektlər səs sürətindən iki dəfə iti uçurdu.

Bu hadisə ilə bağlı İrlandiya Mülki Aviasiya İdarəsinin bəyanatında bildirilir ki, hər iki pilotun səmada gördükləri qeyri-adi obyektlər haqqında araşdırma aparılır və müvafiq hesabat hazırlanır. İdarədən bu araşdırmanın məxfilik prinsiplərinə uyğun aparıldığı da qeyd olunub. Eyni zamanda, Şannon aeroportunun mətbuat katibi həmin obyektlərdə yadplanetlilərin olması ehtimalını istisna edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar