Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Miri: Şizofreniyanı “Quran”la sağaltmağa çalışırlar

Son günlər Şabran rayonunda “cin çıxarma” adı altında döyülərək öldürülən 25 yaşlı gənc bu gün də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır

Sosial şəbəkə istifadəçiləri arasında bir qrup insan düşünür ki, həqiqətən də, bir insanın içərisinə gözəgörünməz “cin”, “şeytan” girə və onu idarə edə bilər. Digər bir qrup isə bunun cahillikdən başqa bir şey olmadığını düşünür. Bu məsələnin həqiqət payı nədir? İslam dinində “cin çıxarma” anlayışı varmı?

Məsələ ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bənzər hadisə onun bacısının da başına gəlib:

“Uşaq vaxtı valideynlərim bacımı Yevlaxda “cin çıxarma” üsulu ilə insanlara kömək etdiyini deyən bir cindarın yanına aparmışdılar. O, bacıma qəribə bir kağıza dua yazıb, daim yastığının altında saxlamasını demişdi. Mən ərəb dilini öyrəndikdən sonra açıb orada nə yazıldığına baxmaq istədim. Gördüklərim isə məni təəccübləndirmədi. Boş söz yığınından başqa bir şey yox idi.

Bu gün də insanlar bu yalanlara inanır, özlərini nə hallara salırlar. Heç kim fikirləşmir ki, bu “cin çıxarma” anlayışı “Quran”da yoxdursa, kim tərəfindən ortaya atılıb. “Qurani-Kərim”də belə bir surə yoxdur. Əgər belə hadisələr gerçək olsaydı, peyğəmbərlərimizin dövründə də yaşanırdı.

Heç bir mənbədə yazılmayıb ki, peyğəmbərlərimiz insanların ruhuna daxil olan “cin”ləri çıxararaq onlara kömək edib. “Qurani-Kərim”in 16 surəsinin 99-cu ayəsində belə bir məqam var:

“Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”

Bu, onu göstərir ki, insanlar bu cür inancları özləri uydurur. Kim nədən qorxursa, bunu cəmiyyətə təbliğ edir”.

Elşad Miri onu da bildirib ki, “Qurani-Kərim” heç vaxt şizofreniyanı müalicə edə bilməz:

“Bu gün insanlar hər hansı psixi xəstəlikləri, şizofreniyanı “Qurani-Kərim”dən ayələr oxumaqla sağaltmağa çalışırlar. “Quran” insanların mənəviyyatını, vicdanını sağalda bilər. Təsəvvür edin ki, siz xəstəsiniz, həkimə müraciət etmisiniz. Həkimin yazdığı dərmanları alıb istifadə etmək əvəzinə, üzündən oxuyursuz ki, şəfa tapasınız.

Bu, heç bir məntiqə sığmır. Bu gün bir qrup insan “cin çıxarma” adı ilə özlərinə çox gözəl biznes qurublar. Hətta elə insanlar var ki, onlar iddia edir ki, cinlərlə, gözəgörünməzlərlə əlaqə yarada bilir. İnsanlar isə, təəssüf ki, bu nağıllara inanaraq, onlara qazanc mənbəyi olurlar. İslamda bu cür uydurmalar yoxdur. Bu, sadəcə olaraq, fırıldaqçı insanların biznes şəbəkəsidir”.

pia.az


Etiket: Elşad Miri

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar