Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İkinci və üçüncü uşağa görə müavinətlər artırılmalıdır” - Elmira Axundova

Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə, insan durduqca olacaq

Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır.

"Çünki hazırda ƏƏSMN-nin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin".

Millət vəkili çıxışında şəhid hərbi qulluqçuların vərəsələrinə verilən pullara da toxunub:

"Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə bu yardım edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və 2006-cı il denominasiyası nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq".

Elmira Axundova həmçinin deyib ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət real tələbatdan 10 dəfə azdır:

"Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun. Çünki, statistikaya görə respublikada doğum səviyyəsi əvvəlki illərə nisbətən aşağı düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır".

Deputat təklif edib ki, I qrup əlilə ailə üzvlərindən bilavasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər:

"Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar