Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ildəki dünya 1918-ci ilə geri dönür - Qərb mətbuatı

Avropa analitikləri 1-ci dünya müharibəsindən sonra yaranan vəziyyətin indikindən fərqli olmadığını qeyd edirlər

Dünya həqiqətən tarixin dəhşətlərindən dərs alıbmı? Bu gün bu suala tərəddüdlə müsbət cavab verənlərin sayı belə çox deyil. İkinci dünya müharibəsindən sonra millətçilik yenidən siyasi səhnədə boy göstərməyə başlayıb. Bugünkü dünya 1913 və ya 1930-cu ilin öncəsindəki qeyri-sabitlik faktorlarını yenidən irəli çəkir. “Avropada sülh yenidən təhlükə altındadır”.-Qərb analitiklərinin gəldiyi ümumi rəylər belədir.

“Trampın geri çəkilməsi fonunda Paris multilateralizmi elan edir”,-deyə “Le Figaro” qəzetindən İzabel Lasser yazıb.

Fransız icmalçının fikrincə, sülh prosesinin iflic vəziyyətə düşdüyü Suriyadakı vəziyyət multilateralizmin (beynəlxalq hüquq və qaydalara əsaslanan çox tərəflilik-red.) öz mənasını itirdiyini sübut edir. Putin tərəfindən həyata keçirilən hücumlar, onun beynəlxalq hüquq nizamını yenidən gözdən keçirmə planları, Təhlükəsizlik Şurasında qoyduğu vetolar bu çoxtərəfliliyi daha da zəiflədib.

Bu gün isə Trampın fəaliyyəti beynəlxalq münasibətləri sabitləşdirməyə imkan verən sistemə zərbə vurur.

“Dünyadakı strateji landşaftın parçalanması da ayrıca ciddi təhlükə yaradır. Beynəlxalq arenadakı ABŞ, Çin və Rusiya kim dövlətlər artıq digər ölkələrə əvvəlki kim nəzarət edə bilmirlər. Fransa, Böyük Britaniya və Almaniya kimi dövlətlər isə iri böhranlara təsir rıçaqlarını itiriblər”, - məqalə müəllifi qeyd edir.

“Bu gün yaşadığımız bir çox an mənə XX əsrin başlanğıcındakı və 30-cu illərindəki vəziyyəti xatırladır. Bütün bunlar görünməyən bir çox şərtlərin yaradacağı təhdidini oyadır”,-deyə müəllif BMT baş katibi Antoniu Quterreşin çıxışından sitat gətirib.

İzabel Lasserin rəyinə görə, hazırkı dünyada 1913 və 1930-cu illərdəki faktorlar eynilə təkrarlanır. Lakin onların üstünə dini terroçuluq, kibermüharibə və qlobal istiləşmə kimi yeniləri əlavə olunub. “Tarix təkrarlandığı zaman o yeni formalar qəbul edir”, - deyə Lasser sonda qeyd edib.

Avropada sülh təhlükədədir”,- İsveçrənin Tages-Anzeiger qəzeti həyəcanlı yazır.

Müəllif Şrefan Ulrixin fikrincə, müasir dünya keçmişin qaranlıq çalarlarını özünə geri qaytarıb: öz millətini yüksəltmək; başqalarını alçatmaq; aqressiv qorxu ilə hər an yeni təcavüzə çevrilə biləcək partlama ilə özünəqapanma və s.”.

Müəllif Parisdəki 1-ci dünya müharibəsinin bitməsinə həsr olunmuş tədbirdə iki mənzərəyə diqqət edir.

Bunlardan biri qabaqlar iki qanlı düşmən olan Fransa və Almaniya liderlərinin nümayişkaranə birliyidir.

İkincisi isə neonasionalizmin iki xaç atası- Vladimir Putin və Donald Trampın səmimi görüntüsüdür.

“Sonuncu ikilinin I dünya müharibəsində həlak olanlaırn xatirəsini yad etməsi heç nəyi dəyişmir. Bu adamlar milli eqoizmi qaytarmaqla bərabər öz xalqlarını yenidən hasarlar arxasına geri döndərirlər”,- deyə Ulrix yazır.

İspaniyanın “El Pais” qəzetindən Mark Basses də eyni fikirdədir.

“II dünya müharibəsindən sonra qlobal dünya düzəni sarsılır, liberal demokratiyaların prestiji çökür, populist millətçlilik Braziliyadan İtaliyaya, “Breksit”dən Trampa qədər hər yerdə hücumdadır, Avropa Birliyi dağılır, NATO-nu taleyi isə sual altındadır,”- deyə müəlif belə bir qaranlıq mənzərənin rəsmini çəkib.

Fransız politoloqu Dominik Muazinin rəyinə görə, 1918-ci ildən sonra əldə edilən sülhün sonradan pozulması səbəbləri 2018-ci il üçün də aktualdır. “Burada əsas məsələ güclü millətçiliyin zəif beynəlmiləlçilik qarşısında daha təsirli olmasındadır. Bu gün də eyni vəziyyətin şahidi oluruq”,-deyə Muazi bildirib.

Dominik Muazinin sözlərinə görə, qloballıq, qarşılıqlı əlaqəlilik, şəffaflıq artdıqca vətəndaşların kimlik arayışları daha da güclənir: “Onlar nə qədər marginal görünsə də, ilk sıraya “başqalarına bənzəməmək” anlayışını qoyurlar. Burada da biz bir çoxları üçün bədbəxtlik gətirən qloballığın mənfi effektindən danışa bilərik”.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar