"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas İngiltərə Premyer Liqasının 12-ci turunun "Everton"la ev oyununda maraqlı davranışı ilə gündəmə gəlib
İspaniyalı futbolçu matçın ikinci hissəsində komandasının lehinə təyin olunan cərimə zərbəsi zamanı hakimin spreylə işarələdiyi yeri dəyişib. O, referinin uzaqlaşmasından sonra qatılaşmış halda olan spreyi götürərək, 4-5 santimetr önə çəkib.
Qeyd edək ki, sözügedən qarşılaşma qolsuz başa çatıb.(qol.az)
pia.az