Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyanın bəyan edilməmiş və çalışan raket bazaları var

ABŞ-da yerləşən düşüncə mərkəzi bazar ertəsi Şimali Koreyanın bəyan edilməmiş 20 raket bazasından ən azı 13-ünün yerini müəyyən etdiyini bildirib

Bununla da qeyri-hökumət təşkilatı amerikalı vasitəçilərin Pxenyanı nüvə silahlardan və uzaq mənzilli raketlərində vaz keçməyə inandırmaqda qarşılaşacaqları çətinlikləri vurğulayıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, qərargahı Vaşintonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tədqiqatçısı Jozef Bermudes deyib ki, danışıqların davam etməsinə baxmayaraq, müəyyən edilən bazaların bəzilərində hətta təmir və kiçik insfrastruktur əlavələri də müşahidə edilib.

Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp iyun ayında Sinqapurda keçirilən zirvə toplantısından sonra nüvəsizləşdirmə məsələsində birlikdə çalışmağa söz veriblər. Buna baxmayaraq, həmin sammitdə tərəflər arasında imzalanan sənəddə bunun necə baş verəcəyi ilə bağlı dəqiq heç bir razılıq qeyd edilməyib və o zamandan bəri danışıqlarda demək olar ki, heç bir irəliləyiş olmayıb.

Sammitdən dərhal sonra Tramp Twitter vasitəsilə Şimali Koreyanın artıq nüvə hədəsi olmadığını qeyd etmişdi.

Şimali Koreya Punggyee nüvə sınağı sahəsini və Sohae raket mühərriklərinin sınaq sahəsini qapadıldığını bildirib. Pxenyan həmçinin Vaşinqtonun "cavab addımları" atacağı halda daha çox sahənin qapadılmasının və beynəlxalq inspektorların sahələrə gəlməsinə şərait yaradılmasının mümkün olduğunu deyib.

Keçən həftə Şimali Koreya ABŞ dövlət katibi Mayk Pompeo ilə Nyu Yorkda planlaşdırılan görüşü təxirə saldı. Bununla bərabər, ölkənin dövlət televiziyası bazar ertəsi Cənubi Koreyanın kiçik miqyası hərbi məşğələlərin bərpa etməsini və Birləşmiş Ştatların Koreya yarımadasında gərginliyin minimalaşdırılmasını nəzərdə tutan son sazişin şərtlərini pozduğunu bildirib.

CSIS tərəfindən müəyyən edilən sahələr Şimali Koreyanın ucqar dağlıq ərazilərindədir və müxtəlif miqyaslı raket hücumlarının həyata keçirilməsi üçün istifadə edilə bilər. Təşkilat hesab edir ki, bəzi raketlər hətta Birləşmiş Ştatları vurmaq gücündədir.

"Bu raket bazaları raket buraxılan bazalar deyil" - deyə Bermudez qeyd edir: "Fövqəladə hallar zamanı raketlər həmin sahələrdən istifadə edilə bilsə də, Şimali Koreyanın əməliyyat qaydalarına əsasən raketin buraxılması qurğuları həmin bazalardan uzaqda saxlanılır və müvafiq hazırlıqların görüldüyü bazalarda yerləşdirilir."

Bu raket bazalarının heç biri Şimali Koreya tərəfindən tanınmayıb və təhlilçilər deyir ki, nüvə silahlarının və raket imkanlarının mövcud olduğu sahələrin dəqiq bildirilməsi nüvəsizləşdirmə sazişinin vacib hissəsi olmalıdır.

pia.az


Etiket: Şimali Koreya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar