Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Qəzzaya hücum əmri verdi

İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi, daxili işlər, müdafiə, kəşfiyyat nazirləri, o cümlədən, digər vəzifəlilərin də daxil olduğu Təhlükəsizlik Şurasının bu gün keçirilən 6 saatlıq iclasından sonra İsrailin Qəzzada silahlı fələstinlilərə qarşı hücumları davam etdirməsi barədə qərar qəbul olunub

Netanyahunun “ən ali qərarverici forumu” adlanan Şuranın iclasında Qəzza zonasında yaşanan irimiqyaslı toqquşma müzakirə edilib. Müzakirələrin yekununda fələstinli hərbçilərin hücumlarına “tələb olunduğu” şəkildə cavab verilməsinin davam etdirilməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, ötən gündən etibarən “Həmas” Qəzzadan İsrail mövqelərinə 370 raket buraxıb. İsrail ordusu raketlərdən 100-nü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirə bilib. Həmçinin, cavab hücumu ilə İsrail ordusu “Həmas”ın Qəzzadakı 150 obyektinə zərbələr endirib.

“Voennoe obozrenie” qəzeti mənbələrinə istinadən yazıb ki, hücumlar nəticəsində 8 fələstinli və İsrail tərəfdən bir nəfər ölüb, onlarla yaralı var. İsrail tərəfdən ölən şəxsin İsrail ordusunun polkovnik-leytenantı olduğu bildirilir.(Azvision.az)

pia.az


Etiket: Netanyahu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar