Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasında xidmət edən əsgərlər arasında dava olub
Sakinlər noyabrın 13-də iki nəfərin qışqırıb, söyüş söydüklərini və dalaşdığını görüblər.
Sonradan onların Gümrüdəki hərbi hissənin əsgərləri-artilleriya diviziyasının ikinci batereyasının rabitəçisi 21 yaşlı sıravi Vladislav Romadin və həmin hərbi bazanın sürücüsü 20 yaşlı sıravi Dmitri Krasnin olduğu müəyyən edilib.(Report)
pia.az