Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp və neft bazarı: Azərbaycan yol xəritələrini gərək yenidən masaya qoysun 

Politoloq Şahin Cəfərli yazır...

 

Konqresə seçkilər yenicə başa çatdı, amma 2020-ci il prezident seçkilərinin həyəcanı artıq Amerika cəmiyyəti və siyasi gündəmində hiss olunmağa başlayıb. Demokratların düşərgəsində qeyri-müəyyənlik hökm sürdüyü halda (namizədliyə çoxlu iddiaçı var), respublikaçıların namizədinin Tramp olacağı aydındır. (Başına bir iş gəlməsə.) Bu amil qısamüddətli perspektivdə neft bazarına təsir göstərəcək faktorlardan biri olacaq. Tramp çalışacaq ki, seçkilərə qədər neftin qiyməti yüksəlməsin, çünki bu, həm ABŞ daxilində yanacağın qiymətinin artmasına səbəb olur, həm də ümumilikdə ölkənin iqtisadi artım tempinə mənfi təsir göstərir.

Təsadüfi deyil ki, ötən həftənin son iş günü 70 dollardan aşağı düşən Brent neftinin qiyməti Səudiyyə Ərəbistanı energetika nazirinin verbal müdaxiləsi nəticəsində dünən yenidən bahalaşaraq 71 dolları ötdükdən sonra Tramp dərhal müdaxilə etdi. Səudiyyəli nazir bildirmişdi ki, ölkəsi dekabrda hasilatı 500 min barel azaldacaq və gələn il OPEC+ formatı üzrə hasilatın azaldılması ilə bağlı yeni qərar qəbul edilməsinə ehtiyac var. Tramp isə “tvit” ataraq hasilatı azaltmağa ehtiyac olmadığını və mövcud qiymətin hələ çox yüksək olduğunu söylədi. Bu açıqlamadan sonra neft yenidən ucuzlaşmağa başladı.

Təbii ki, ucuzlaşma təkcə Trampın mövqeyi ilə əlaqədar deyil, bunun fundamental səbəbləri var. Dünya iqtisadiyyatında inkişafın zəifləməsi, dollar indeksinin yüksəlməsi, eləcə də Rusiya və Səudiyyənin ötən at hasilatı artırması burada ciddi rol oynayır. ABŞ neft sənayesindəki son gəlişmələrin üzərində isə xüsusi dayanmaq lazımdır. Ötən həftə ölkədə gündəlik hasilat 400 min barel yüksələrək 11,6 milyona çatdı. Bu, rekorddur. Bundan başqa, ABŞ-ın neft ehtiyatlarında (kommersiya) ardıcıl yeddinci həftə artım qeydə alındı. Eyni zamanda, son bir həftədə neft hasilatı üzrə aktiv qazma qurğularının sayı 12 ədəd artaraq 886-ya çatdı ki, bu da 2015-ci ilin martından bəri ən yüksək rəqəmdir.

Proqnozlara görə, ABŞ-da hasilat bu ilin sonuna qədər 11,8 milyona çatacaq. Gələn ilin ikinci yarısı – 2020-ci ilin əvvəllərində Texasın Permian hövzəsindən Meksika körfəzindəki neft emalı zavodlarına yeni boru kəmərlərinin çəkilməsi və yeni ixrac terminallarının istifadəyə verilməsi nəticəsində hasilatın 12,5 milyon bareli ötəcəyi proqnozlaşdırılır. Bu gəlişmələri şist inqilabının ikinci mərhələsi adlandıranlar var.

Tramp bir tərəfdən də NOPEC (No Oil Producing and Exporting Cartels Act) layihəsini zopa kimi əlinin altında saxlayır ki, OPEC və Rusiya qiyməti yüksəltməkdə israr etsələr, onların “başına endirsin.” Konqresə təqdim olunan bu qanun layihəsi neft hasilatı və ixracatı sahəsində kartelləşməyə (inhisara) yol verən ölkələrin cəzalandırılmasını nəzərdə tutur. Üstəlik, Xaşuqci cinayəti ilə bağlı məsələ də Səudiyyə üçün təhdid olaraq qalır.

Uzun sözün qısası, Azərbaycan hökuməti neftin qalxmasından sonra unudulan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası barədə yol xəritələrini gərək yenidən masaya qoysun.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar