Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Flora Kərimova protokolu pozubmuş

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb

Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.

PİA,AZ unikal.org-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib. Xalq artisti "Azdrama"nın bələdçisinin xəbərdarlığına da məhəl qoymayıb.

Səhnədə olan nazir Əbülfəs Qarayev çıxışını başa vurduqdan sonra Flora Kərimovanın onun yerində oturduğunu görüb, başqa yerdə əyləşmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxlanılıb. Xalq yazıçısı F.Kərimova ilə aralarında yaşanan mübahisəyə bir cümlə ilə cavab verəcəyini bildirib: “Görünən dağa bələdçi lazım deyil, hər kəs hər şeyi gördü”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar