Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Konstitusiya günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına 8 saylı tam orta məktəbdə “12 noyabr - Konstitusiya günü” münasibəti ilə tədbir keçirildi

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.

Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra öz Konstitusiyasını qəbul etmək imkanı əldə etdi.

Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir

24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumda 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik, 2016-cı ilin sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir.

Daha sonra tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sahələr üzrə Konstitusiyamızın qəbulundan sonra, xüsusi ilə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər referat – müşavirə formatında tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə fəal iştirak edən bir qrup məktəbli fəxri fərmanla təltif edildi.

Tədbir bayram konserti ilə davam etdi.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar