Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaşıqçı məsələsi böyüyür - tezliklə yeni faktlar açıqlanacaq

Jurnalistin ölmədən öncəki səs yazısı üzə çıxdı; “Boğuluram, torbanı başımdan çıxarın

Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda vəhşicəsinə qətl edilən Camal Qaşıqçının son sözləri ortaya çıxıb. “Yeni Müsavat” Türkiyə mediasına istinadən xəbər verir ki, türk qaynaq Qaşıqçının son sözləri barədə Əl-Cəzirə telekanalına məlumat verib. Mənbə səs yazısında Qaşıqçının səudiyyəli qrupla savaşmasının aydın şəkildə eşidildiyini və son olaraq “Boğuluram, torbanı başımdan çıxarın, klostrofobikəm mən” deyə qışqırdığını bildirib.

Televiziyaya bu barədə danışan “Daily Sabah”ın əməkdaşı Nazif Karaman bütün səs yazılarının dinlənildiyini iddia edib. Qəzetçi sui-qəsdin və yaşananların bütün detalları ilə səs yazılarında yer aldığını bildirərək bütün bu prosesin 7 dəqiqə davam etdiyini deyib. Prezident Ərdoğan şənbə günü sözügedən səs yazılarının Səudiyyə Ərəbistanı, Amerika, Fransa, Almaniya və İngiltərə ilə paylaşıldığını demişdi. Bundan əlavə, Ərdoğan Səudiyyə Ərəbistanının cinayəti həyata keçirən şəxsin hadisədən bir gün əvvəl İstanbula gələn 15 nəfərlik heyətdən olduğunu bildiyini açıqlamışdı.

Əl-Cəzirəyə danışan jurnalistə görə, Səudiyyə Elmi Ədliyyə Tibb Qurumu rəhbəri Salah al-Tubaigy rəhbərliyindəki heyət Qaşıqçının bədənini parçalamadan öncə yerləri müşəmbələrlə örtüb. Türk yetkililərin cəsədi axtarış prosesində sona doğru yaxınlaşdığı, amma istintaqın davam edəcəyi də verilən məlumatlar arasındadır.

İstintaqı həyata keçirən Cümhuriyyət Baş Prokurorluğundan bir qaynaq da yenə Əl Cəzirə telekanalına verdiyi açıqlamada konsulluq rezidensiyasında cəsədi yox etmək üçün istifadə edildiyinə inanılan kimyəvi turşu izlərinin olduğunu demişdi.

Əl-Cəzirəyə səs yazısındakı məlumatları verən qəzetçi səudiyyəli heyətin ölkəyə gətirdiyi və cinayətdə istifadə edildiyinə inanılan alətlərin şəkillərinin yaxın zamanda yayımlanacağını da deyib. Bundan başqa, Qaşıqçının son anlarına aid bəzi görüntülər də qəzetdə yayımlanacaq.

İstanbul prokuroru keçən ay verdiyi açıqlamada Camal Qaşıqçının konsulluğa girər-girməz boğularaq öldürüldüyünü və meyitinin parçalandığını söyləmişdi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Səudiyyə Ərəbistanı istintaq çərçivəsində aralarında 5 nəfər rəhbərlikdə təmsil olunan şəxsin olduğunu, 18 nəfərin də həbs olunduğunu açıqlamışdı. Şübhəlilərin Türkiyəyə göndərilməsi və burada istintaqa cəlb olunma istəyini isə Riyad rədd etmişdi.

“Yeni Müsavat” BBC Azərbaycancaya istinadən xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları media ilə Camal Qaşıqçının (Jamal Khashoggi) yoxa çıxmasını, ona qəsd olunmasını sübut edən CCTV çəkilişini paylaşıb. Görüntülərdə, iddia edildiyinə görə, Səudiyyə kəşfiyyatının zabitlərinin hadisədən bir gün öncə Türkiyənin İstanbul hava limanına xüsusi heyətlə daxil olması və sonra da ölkəni tərk etməsi təsvir olunub.

O, oktyabrın 2-də İstanbulda Səudiyyə konsulluğuna daxil olduqdan sonra bir daha görünməyib. Türkiyə rəsmiləri onun öldürüldüyünü iddia edib, Səudiyyə bunu inkar edir.

Çərşənbə günü ABŞ prezidenti Donald Tramp deyib ki, bu məsələni sonunadək bilmək istəyir: “Biz imkan verə bilmərik ki, bu, jurnalistlərin və ya kim olursa-olsun, başına belə iş gəlsin”.

O deyib ki, vəziyyət ciddidir və Qaşıqçının nişanlısı - Hatice Cengizi Ağ Evə dəvət etmək istəyir.

Türkiyənin TRT World kanalının yayınladığı və təhlükəsizlik kameralarından götürüldüyü deyilən kadrlarda konsulluğun qarşına dayanan avtomobillər göstərilib. Onların arasında qara rəngli mikroavtobuslar türkiyəli müstəntiqlərin diqqətini xüsusilə cəlb edib. Videoda bir qrup səudiyyəli kişinin İstanbul aeroportundan Türkiyəyə daxil olduqları, mehmanxanada qeydiyyatdan keçdikləri və sonradan ölkəni tərk etdikləri göstərilib.

Türkiyəli müstəntiqlərin diqqətini oktyabrın 2-də aeroporta enmiş Səudiyyənin iki “Gulfstream” reaktiv təyyarəsi cəlb edib. Videoda təyyarələrin aeroport zolağında gözlədiyi görünür. Nişanlısı Hatice Cengizlə evlənməyə hazırlaşan Qaşıqçı Səudiyyə konsulluğuna əvvəlki nikahını bitirmək üçün boşanma prosesini başa çatdırmaq məqsədilə getmişdi. Videoda onun konsulluğa girdiyi görünür, nişanlısı isə küçədə onu gözləyir.

Türkiyənin “Sabah” qəzeti bildirib ki, çəkilmiş kadrlarda kəşfiyyatın 15 üzvü tanınıb. Türkiyə onların Qaşıqçının yoxa çıxmasında əli olduqlarını güman edir. Onların arasında kriminalistika eksperti də olub.

BBC müxbiri Mark Lovenin bildirdiyinə görə, həmin heyətdən bir nəfər vaxtı ilə Londona da göndərilib. Məlumatlara görə, polis 150 təhlükəsizlik kamerasının çəkilişlərini istintaq çərçivəsində yoxlayır. Bəzi yerli medianın yazdığına görə, cənab Qaşıqçı öldürülməkdənsə oğurlana bilərdi. Türkiyə Səudiyyənin İstanbul konsulluğunda axtarış aparacağını bildirib, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri ölkənin “əməkdaşlıq üçün açıq olduğunu” deyib və bildirib ki, binada axtarış aparıla bilər.

Ankara Səudiyyədən Qaşıqçının binanı tərk etdiyini sübut etməyi tələb edir, eyni zamanda onun binada öldürüldüyünü birmənalı olaraq sübut edən dəlillər təqdim olunmayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşən ABŞ xarici işlər naziri Mayk Pompeo isə bildirib ki, C. Qaşıqçının öldürülməsi olayına qarışan hər kəs Amerika tərəfindən məsul tutulacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar