Yevlax rayonunda mikroavtobus qəzaya düşüb
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az