Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi Danimarkadan hesabat tələb edir 

Danimarkanın ən böyük maliyyə qurumu sayılan “Danske bank”da çirkli pulların yuyulması ilə bağlı qalmaqal daha da böyüyür

Almaniyanın “Handelsblatt” qəzetində çıxan xəbərə görə, Avropa Komissiyası Avropa Bank Agentliyindən (EBA) Danimarka, Latviya və Estoniyanın İttifaqın qanunvericiliyini pozması faktlarını araşdırmasını tələb edib.

Jurnalist Helmut Ştoyerin yazdığına görə, Komissiya Danimarka və Estoniyadan Avropa Birliyinin çirkli pulların yuyulması ilə bağlı 4-cü direktivinin daxili qanunvericiklərinı tətbiq etməsini istəyib.

“Bir iştirakçı dövlət tərəfindən yol verilən pozuntular bütün ölkələr üçün ağır nəticələr törədəcək”,-deyə Avropa Komissiyasının bəyanatında deyilir.

“Bu, Avropa Komissiyasının EBA-dan iştirakçı ölkələr tərəfidən hüquq pozuntularına dair ilk xəbərdarlıq halıdır”.-deyə jurnalist yazır.
Yazıda “Danske Bank”ın tərəfindən keçən pulların Rusiya və Böyük Britaniyadakı müştərilərə məxsus olduğu bildirilib.

Xatırladaq ki, “Danske bank”ın adı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olmuş “Maqnitski işi”ilə məşhurlaşıb. Sergey Maqnitskinin Rusiya xəzinəsindən oğurlanan 230 milyon dollar pulun məhz “Danske bank”ın Estoniya filialı vasitəsilə yuyularaq Qərbin başqa banklarına yerləşdirildiyini təsbit etdiyi məlum olmuşdu.

Rusiyanın Mərkəzi bankının sədrinin keçmiş müavini, şübhəli qətl hadisəsinə qurban gedən Andrey Kozlovun bir vaxtlar “Danske bank” vasitəsilə dövlətdən talanan pullarının məbləğinin 200 milyard dolları ötdüyünü iddia edirdi.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar