Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 83 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 11-də keçiriləcək növbəti hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb, onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir

Bu barədə virtualaz.org-a Komitədən məlumat veriblər.

Məlumata əsasən, hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər bölgələrində yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasındadır. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.

Qeyd edilən ünvandakı əmlak kompleksi ümumi ərazisi 37 min 602 kvadratmetr olan torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.

Daha az büdcə ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşlar seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetr və 287,9 kvadratmetr intervalındadır. Müxtəlif sahələr üzrə ofis və xidmət obyekti kimi istifadəyə imkan verən dövlət əmlaklarından 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, AğdaşDaşkəsəndə yerləşir. Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Y. Eyvazov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 147 kvadratmetrdir.

Budəfəki hərraca çıxarılan “Kia”, “Daewoo”, “Mercedes” və “Mitsubishi” kimi markalardan olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci illərdir. Özəlləşdiriləcək səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketlərinin ümumi həcmi 30-45 faiz arasındadır. “Azərmetalinvest”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlərinin ticarət, kəndkimya, nəqliyyat, tikinti-inşaat kimi sahələr üzrə fəaliyyət imkanları mövcuddur.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən vətəndaşlar Komitənin rəsmi saytı (emdk.gov.az), sosial şəbəkələrdəki səhifələri və Özəlləşdirmə portalından (privatization.az) ətraflı məlumat əldə edə bilərlər. Göstərilən mənbələrə yerləşdirilmiş dövlət əmlakları haqqında məlumatlarla tanış olmaqla yanaşı, elektron sifariş vermək və hərracda onlayn iştirak etmək kimi imkanlar da mövcuddur.

Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar