Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Rar: “Qərb Qarabağda müharibəyə imkan verməyəcək”

Ötən həftə Astanada MDB Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasları və KTMT-nin zirvə görüşü keçirilib

Bu tədbirlərdə Ermənistan təmsilçiləri Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yenidən öz tələblərini səsləndiriblər.

Belə ki, Ermənistan xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyan bildirib ki. danışıqlar prosesində Dağlıq Qarabağ “həlledici səs”ə malik olmalıdır. Bu isə, əslində, bütün danışıqlar prosesini dalana dirəyir.

Nə baş verir və nə gözləmək olar? Virtualaz.org-un əməkdaşının suallarını məşhur alman politoloqu Aleksandr Rar cavablandırıb.

- Belə çıxır ki, Ermənistan danışıqların Minsk formatı ilə razılaşmır və prosesdə “DQR” nümayəndələrinin iştirakında israr edir və bununla birlikdə Qarabağın azərbaycanlı icmasının danışıqlara qoşulmasını rədd edir. Bu dalan deyilmi? Daha sonra nə baş verə bilər?

- Bu, sadəcə olaraq, erməni siyasətçinin reaksiyaya səbəb olmamış bəyanatıdır. Lakin Ermənistan birtərəfli qaydada müəyyən edilmiş çərçivələrdən kənara çıxmaq istəyərsə, bu zaman, doğrudan da, dalan haqqında danışmaq mümkündür. Hərdən belə olur ki, kimsə münaqişəni sıçrayışla, “yeniliklə” həll etmək fikrinə düşür. Lakin anlamaq lazımdır ki, postsovet məkanındakı bütün münaqişələr həddən artıq mürəkkəbdir və hətta vasitəçilər belə heç də həmişə kömək edə bilmirlər. Qarabağ münaqişəsi, təəssüf ki, 30 ildir ki, davam edir.

- Lakin əgər vəziyyət dalana dirənirsə, ola bilsin ki, münaqişənin güc yolu ilə həlli daha real görünür? Xaırlatmaq istəyirəm ki, “DQR”in danışıqlar prosesində iştirakı ilə bağlı Ermənistanın hazırkı başçısı Nikol Paşinyan da bir neçə dəfə bəyanat verib.

- Kənardan müşahidə etdiyim qədərilə yeni hökuməti ilə Ermənistan Qərblə yeni yaxlnlaşma formaları axtarır. Biz Avropa İttifaqının postsovet məkanında fəallaşması cəhdini izləyirik. Erməni nazirin Qarabağ üzrə bəyanatı isə Qərbin şərtləri ilə heç cür uzlaşmır. Avropa İttifaqı və Qərb güc yolu ilə həlli istəmir, hər şey danışıqların əvvəllər getdiyi çərçivədə davam etdirilməlidir.

Buna görə də, düşünmürəm ki, Ermənistan danışıqlar prosesində mövqeyini kəskin şəkildə dəyişəcək.

- Hərbi əməliyyatların başlanması ehtimalını görürsünüzmü? Axı hətta erməni ekspertləri gələn ilin yazında təmas xəttində kəskinləşməni istisna etmirlər...

- Əgər Ermənistanda hər hansı növbəti çevriliş olmazsa, Yerevan getdikcə daha çox Qərbin orbitinə cəlb olunacaq. Qərb isə Qarabağ münaqişəsi zonasında kəskinləşmənin əleyhinədir.

- Başqa sözlə, Qərb Ermənistan rəhbərliyini “özünə gətirəcək” və Qarabağ üzrə düşünülmımiş bəyanatlardan əl çəkməyə məcbur edəcək?

- Bəli, Qərb Ermənistanın bu cür birtərəfli hərəkətlərinə qarşı çıxa bilər. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar