Əfsanəvi aktrisa Merilin Monro avtomobili ölümündən 56 il sonra satışa çıxarılır
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kino ulduzunun “Ford Thunderbird” yarım milyon dollar öz alıcısını gözləyir.
Monro üstü açılan bilən iki nəfərlik maşından vəfat etdiyi günədək istifadə edib. “Ford” noyabrın 17-də Los-Ancelesdə auksiona çıxarılacaq. Maşın bu günə kimi qorunub və cəmi bir neçə dəfə təmir olunub.
Xatırladaq ki, Hollivud ulduzu sözügedən avtomobili 1955-ci ildə 4 min dollar satın almışdı.
pia.az