Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baldızını öldürmək istəyən Qarabağ döyüşçüsünə 14 il müddətinə həbs cəzası verildi

Keçmiş baldızını bıçaqlayan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda yazılır ki, Dinar Təhməzov keçmiş arvadı ilə mübahisə edib. Daha sonra keçmiş baldızı Nuranə Fərzəliyevanı bıçalayıb. Nuranəyə 6 bıçaq zərbəsi vuran Dinar Təhməzov hadisə zamanı sərxoş olub. İstintaq belə qənaətə gəlib ki, Dinar qonşuların səs-küyə gəldiyini eşidən zaman qaçıb və cinayət əməlini tam başa çatdıra bilməyib. Dinar Təhməzov elan olunmuş ittihamla razılaşmayıb.

O, deyib ki, Nuranəni öldürmək niyyəti olmayıb və ailəsi ilə münasibətləri çox yaxşı olub. Övladlarını və xanımını sevdiyini deyən Dinar Təhməzov ailəsi ilə mehriban yaşadığını deyib: "Yoldaşım məndən 13 yaş balacadır. Mən onu sevib evlənmişəm. Ailəmi həmişə seçmişəm. Özüm heyvan və taxta alveri ilə məşğul olmuşam. Biz ailə quranda bunu istəmirdilər. Amma sevgi sərhəd tanımırdı. Biz evləndik və xoşbəxt idik. Yoldaşım namaza başladı. Çox gözəl yaşadıq. Baldızım Nuranə də bizim qonşuluqda yaşayırdı. Mən qısqanc idim. Bundan istifadə elədilər. Yalandan deyirlər ki, guya mən narkomanam, hər gün içib arvadımı döyürmüşəm. Amma bir dəfə də belə hadisə olmayıb".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Dinar Təhməzov arvadınından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı. Məni də məhkəməyə çağırdılar. Boşanmaq istəmədiyimi, ailəmi saxlamaq istədiyimi dedim. Mən Qarabağ döyüşçüsüyəm, çox əsəbiyəm. Bundan istifadə etdilər. İmkan vermədilər ki, mən yoldaşımla danışım, dərdləşim. Bir dəfə metroda rastlaşdıq. Səs-küy salıb polis çağırdılar. Çıxıb getdim. Bir neçə gün sonra "20 Yanvar"da metronun çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşımı görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Qeyd edək ki, D.Təhməzov Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar