Türkiyənin İzmir əyaləti yaxınlığında içərisində qeyri-leqal miqrantların olduğu qayıq batıb. Yerli mətbuat yazır ki, qayıqda 12 miqrant olub
Onlardan 2 nəfəri sahilə çıxa bilib. Hazırda digər 10 nəfərin xilas edilməsi üçün əməliyyat keçirilir.
Xatırladaq ki, ötən ay İzmir sahillərində daha bir qayığın batması nəticəsində 30 miqrant həlak olmuşdu.
pia.az