Noyabrın 16-da Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı münasibətilə Xalq rəssamı Səttar Bəhlulzadənin “Cizgi təranəsi” adlı sərgisi açılacaq
PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, rəssamın 110 ilik yubileyi ərəfəsində açılacaq sərgidə sənətkarın heç vaxt nümayiş olunmamış şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq. Sərgidə fırça ustasının 130-dan çox nadir əsərindən ibarət ekspozisiya nümayiş ediləcək.
pia.az