Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kurikulum əsasında hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə

Qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır

Dövlət İmtahan Mərkəzində 10 yanvar 2019-cu il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.

Mərkəzdən verilən məlumata görə, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra "hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat"dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron "Məlumat bazası"na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd:

- Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

- Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.

Hazırlıq kurslarının qrafiki

(2018/2019-cu tədris ili üçün)

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində 10 yanvar 2019-cu il tarixindən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini bu qrafikə uyğun davam etdirəcək.


Fənnin adı          Həftənin günü        Başlanma vaxtı

İngilis dili             I                            09 .00

Azərbaycan dili     I                            15.00

Kimya                  II                           09.00

Fizika                   III                         09.00

Rus dili                 III                         12.00

Biologiya              IV                          08.30

Tarix                    IV                          11.00

Coğrafiya             V                            08.30

Riyaziyyat           V                              11.00


DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina "West gate"). Tel: (051) 566-41-73

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar