Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial media depressiya və tənhalığa gətirib çıxarır 

Pennsilvaniya Universitetinin tədqiqatçıları bildirir ki, onlar ilk dəfə olaraq sosial mediadan istifadəni depressiya və tənhalıq hallarında artımla əlaqələndirib

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, sosial medianın əqli sağlamlıq məsələsində heç də sosial olmadığı artıq illərdir müzakirə olunur, lakin çox az sayda araşdırma bu ikisi arasında əlaqə tapıb.

Bunun üçün Pensilvaniya Universitetinin tədqiqatçıları psixoloq Melissa Hantın başçılığı ilə diqqəti Facebook, Snapchat və Instagrama yönəldiblər. Nəticələr Sosial və Kliniki Psixologiya Jurnalının noyabr buraxılışında çap olunub.

Araşdırma necə aparılıb

Tədqiqatda 143 nəfər iştirak edib. Onlar tədqiqat başlamadan öncə əhval-ruhiyyə sorğusunu cavablandırıb və telefonlarının batareyalarının durumunu göstərən şəkil göndəriblər, bundan əlavə isə telefonlarından sosial mediaya daxil olmaq üçün nə qədər istifadə etdiklərini bildirib.

“Biz daha ətraflı, dəqiq, eyni zamanda isə ekoloji baxımdan əsaslı araşdırma apardıq”, – Hant deyib.Ekoloji baxımdan əsaslı o deməkdir ki, araşdırma real həyatı yamsılayıb.

Araşdırma iştirakçıları iki qrupa ayrılıb: İlk qrupa normal sosial media davranışlarını davam etdirmələrinə icazə verilib. Digər qrupa isə hər gün Facebook, Snapchat and Instagramın hər birində 10 dəqiqə vaxt sərf etməyə icazə verilib.

Bu məhdudiyyətlər üç həftə davam edib, daha sonra iştirakçılar geri dönüb və onlar üzərində təşviş, depressiya və tənhalıqla bağlı sınaqlar keçirilib.

Araşdırmanın nəticələri

Nəticələr sosial mediadan istifadə ilə yüksək səviyyədə depressiya və tənhalıq arasında açıq-aşkar əlaqə aşkar olunub.

“Sosial mediadan normal zamanlardan daha az istifadə etmək həm depressiya həm tənhalıq səviyyəsində əhəmiyyətli dərəcədə azalmalara gətirib çıxarır”, -Hant deyib. “Bu nəticələr xüsusilə də araşdırmanın başlanğıcında daha çox depressiv insanlar arasında özünü biruzə verib”.

O, araşdırmanın nəticələrinin sosial medianın “böyük istehzası” adlandırıb.

Sosial medianın depressiv tərəfi nədir?

Hant deyir ki, bunun iki əsas səbəbi var. İlki odur ki, “sosial mediada hər kəs daha gözəl, daha şən, sosial baxımdan aktiv görsənir və bu sənə özünü kənarda qalmış hiss edir. Bu isə insanı həvəsdən salır”.

İkinci səbəb isə daha nüanslıdır. “Onlayn keçirdiyini hər dəqiqə işinizi görmürsünüz, dostunuzla nahar etmirsiniz, otaq yoldaşınızla dərin söhbətlər aparmırsınız.”

Hantın sözlərinə görə, real həyatdakı bu fəaliyyətlər insanların özlərinə olan inamlarını, özlərinə verdikləri dəyəri artırır.

Bundan nə nəticə çıxarmaq olar?

İnsanlar cihazlarından istifadə edir və bu hal dəyişməyəcək. Amma həyatda olduğu kimi sosial mediada da təmkinli olmaq lazımdır: “Ümumilikdə deyərdim ki, telefonunuzu kənara qoyub, həyatınızdakı insanlarla vaxt keçirin”, o əlavə edib. Hant deyir ki, indi o tanışlıq saytlarının emosional təsirini ölçəcək yeni tədqiqat başladır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar