Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb şeyxi 390 milyon dollarlıq malikanəyə yiyələndi

Londonun Belqraviya səmtində, Hayd-Parkla üzbəüz üçmərtəbəli bina Britaniyanın ən bahalı daşınmaz əmlakına çevrilib

Bu binanın qiyməti artıq 300 milyon funt-sterlinq, yəni təxminən 390 milyon dollar təşkil edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, binanı Qətərin sabiq baş naziri şeyx Həmad bin Cəssim bin Caber əl Tani alıb. Binanın təqribən 150 milyon funt-sterlinqə satıldığı vurğulanır.

Şeyx binada əsaslı yenilənmə işlərinin layihəsini sifariş verib. Layihəyə görə, daha 3 mərtəbə əlavə ediləndən sonra 6 mərtəbəli olacaq binanın yaşayış sahəsi 4700 kvadrat metr təşkil edəcək.

Binada master-apartament, 6 uşaq otağı, 5 qonaq apartamenti və xidmətçilər üçün 11 otaq olacaq.

Bundan başqa, superlüks binada iki hovuz, türk hamamı, trenajor zalı, sauna, gözəllik salonu və kosmetik prosedurlar otağı da nəzərdə tutulub.

Zirzəmidə isə kinoteatr, qaraj, media-zal, iki qonaq otağı, fitnes otağı olacaq.

Şeyx əl Tani bu binanı ser Frederik və ser Devid Barklaylardan satın alıb.

Sövdələşmə Britaniya Vircin adalarında rəsmiləşdirilib.

57 yaşlı şeyx əl Tani 2007-2013-cü illərdə Qətərin baş naziri olub.

Londonda olduqca bahalı "Hipe Park One" yaşayış kompleksində tripleks apartament də almış şeyxin 11,2 milyard dollarlıq varidatı var.

pia.az


Etiket: London

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar