Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöldə yol qəzası: 1 ölü

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı daha iki nəfər - 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Hacıqabulda iki maşın toqquşub.

pia.az


Etiket: Göygöl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar