Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır:

“Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”.

Diplomat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir:

“Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar