Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rusiya ilə Avstriya arasında cəsus qalmaqalı böyüyür

Rusiya Xarici İşlər Nazirliyi Avstriya hakimiyyətinin sabiq avstriyalı zabitin Moskvanın xeyrinə cəsusluq etməsinə dair iddialarına etiraz edib

Rəsmi Moskva Vyananın bu cür bəyanatlarının iki ölkə arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxaracağını bəyan edib.

Məsələ ilə əlaqədar Avstriyanın Moskvadakı səfiri Yohannes Ayqner Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bu gün Avstriyada Rusiyanın xeyrinə kəşfiyyat xarakterli materialların toplanmasında şübhəli bilinən sabiq polkovnik saxlanılıb. İddialara görə, həmin şəxs 20 il ərzində Rusiyanın xeyrinə cəsusluqla məşğul olub və bunun müqabilində 300 min avro alıb.

pia.az

loading...