Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömər Seyfəddin kimdir?

Türkiyə tarixinin ən böyük yazarlarından olan Ömər Seyfəddinin taleyi haqqında maraqlı məlumatlar ortaya çıxıb

Ömər Seyfəddin 1884-cü ildə Türkiyənin Balıkesir şəhərində dünyaya göz açıb. Uşaqlığını isə İstanbulda keçirib və elə burada da böyüyüb. Edirne hərbi liseyini bitirdikdən sonra hərbi akademiya daxil olub. Akademiyadan məzun olduqdan sonra leytenant rütbəsində Kuşadasına təyinat yerinə göndərilib. Daha sonra müəllim kimi təyin olunduğu İzmir Jandarma Məktəbi isə onun üçün bir dönüş nöqtəsi olub. 1909-cu ildə “Yeni Lisan” adlı ilk yazısını çap etdirib. Ən maraqlısı isə o ilk yazısını imzasız olaraq yayımlamışdı. “Genc kalemler” adlı jurnalda yayılan ilk yazısı həmin dövrün yazarları tərəfindən ədəbiyyata verilən yeni ruh adlandırılıb. Ömər Seyfəddinin daha 140 hekayəsi dərc olunub.

Balkan müharibəsi başlanan zaman “Genc Kalemler” jurnalı da dağılıb. Ömər Seyfəddin də orduya savaşa çağırılıb. Savaş sırasında əsir düşən Ömər Seyfəddin o müddətdə də oxumaq sevgisindən yan keçməyib. Bir illik əsarəti boyunca yeni əsərlər hekayələr yazıb. 1913-cü ildə əsirlikdən xilas olduqdan sonra həyatına yazar və müəllim olaraq davam etməyə qərar verib. Ömər Seyfəddin “Türk Sözü” jurnalının baş yazarı olub. Hekayələrində uşaqlıq xatirələrindən, xalq ənənələrindən, tarixi hadisələrdən, əfsanələrdən və qəhrəmanlıqlardan bəhs edən Ömər Seyfəddin Türk ədəbiyyatında böyük iz buraxıb. Həmin dövrdə tibbin yüksək səviyyədə inkişaf etməməsi səbəbindən şəkər xəstəsi olduğu halda onu rematizma diaqnozu ilə müalicə etdilər.

1920-ci ildə fevral ayının 23-də vəziyyəti ağırlaşan yazar təcili xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən martın 6-da həyatını itirib. Xəstə yatağından ölən gününə qədər gözlərini aça bilməyən yazarın yanından yalnız dostu Ali Canip olub. Vəfat etdiyi zaman isə xəstəxanada bir çox adam onu tanımırdı. Beləliklə, yazarın cəsədi sahibsiz hesab edilib və xoşagəlməz hadisələr yaşanıb.

Yazarın cəsədi Tibb institutuna göndərilərək təcrübə keçən tələbələr üçün nümunə olub. Sahibsiz olaraq zənn edilən yazarın cəsədi keçirlən təcrübə zamanı qarnı yarılıb və başı mişarla kəsilib. Həmin keçirilən təcrübədə xatirə şəkili çəkdirilib. Bu şəkil tələbələrin keçdiyi təcrübədən bəhs edən məqalə ilə birlikdə qəzetlərin birində yayımlanmışdı. Şəkildəki qarnı yarılan və başı kəsilən adamın Ömər Seyfəddin olduğunu bilən jurnalistlər xəstəxanaya axışıb. Lakin artıq hər şey üçün çox gec idi.

Məşhur yazarın çiləsi bununla da bitməyib. “Mahmud Baba Haziresi” məzarlığında dəfn edilən yazarın məzarı dəyişdirilib. Səbəb isə onun dəfn olunduğu yerdən avtomobil yolunun salınması planlaşdırılmasıydı. Beləliklə, yazarın məzarı “Mahmud Baba Haziresi”dən “Zincirli Kuyu” məzarlığına köçürülüb.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar