Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər süni damar şəbəkəsi yaradıblar

San-Dieqoda Kaliforniya Universitetinin alimləri üç ölçülü (3D) printerdən istifadə edərək süni damar şəbəkəsi yarada biliblər

Alimlər əvvəlcə kompüterdə damar quruluşunu modelləşdiriblər. Sonra 3D printerdən və canlı hüceyrədən istifadə edən damar şəbəkəsini yaratmağa müvəffəq olublar.

Bu zaman canlı hüceyrələr böyüyərək damar şəbəkəsini bioloji toxuma ilə örtüb. Laboratoriya mühitində yaradılan damarlar daha sonra siçanlar üzərində sınaqdan keçirilib. Uğurla nəticələnən sınaqlarda damar şəbəkəsinin heyvanın ürək-damar sistemi ilə uyğunlaşmasını təmin etdiyi məlum olub.

Tədqiqatçı Shaochen Chen bildirib ki, orqanlarımız qan damarları olmadan həyatda qala və inkişaf edə bilməz. Damarlar orqan nəqlində ən əhəmiyyətli məfhumlardır. Yaradılan süni damar şəbəkəsi orqan nəqlində problemlərin qarşısını almağa kömək olacaq.

Yaradılan damarların hələ ki, yalnız qan daşıdığını vurğulayan alim süni damarların təbii damarlar kimi qida maddələrini daşıması üçün tədqiqata davam etdiklərini söyləyib. (movqe.az)

pia.az


Etiket: Süni damar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar