Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qusar-Əniğ-Ləzə yolunun təmiri yekunlaşır

Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması üzrə işləri yekunlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyindən Azvision.az-a verilən məlumata görə, Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun uzunluğu 28 km-dir. Avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, yolun torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələr karxana çınqılı ilə yenidən tikilib. Daha sonra əsasın üst layının tikintisi üçün 16 sm qalınlıqda optimal-çınqıl qarışığından istifadə olunub. Torpaq işləri ümumi olaraq 80 min kv.m ərazini əhatə edib.

Bundan başqa yol boyu yararsız vəziyyətə düşmüş suötürücü borular yenisi ilə əvəz olunub. Bunun üçün 168 paqon-metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilib.

Yol əsası hazır olan kimi asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm hündürlüyündə yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 200 min kv.m-dən çox ərazidə aparılaraq yekunlaşdırılır.

Vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə 17 min kv.m sahədə piyada səkilərinin tikintisi işləri görülüb.Səkilərin kənarlarına 10 min p-metrdən çox yeni səki daşları düzülüb, yol üzərində olan kanalizasiya quyuları layihə hündürlüyünə qaldırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq yol boyu 5 avtobus dayanacağı inşa ediləcək, 211 işıq dirəyi quraşdırılacaq, yol boyu dəmir-beton qoruyucu bloklar düzüləcək. Bundan başqa hərəkətin normal təşkili üçün 1350 siqnal dirəyi, 148 yol nişanı və 28 km göstəricisi quraşdırılacaq, 80 km-dən artıq yolcızgi və yolgöstərici xətlər çəkiləcək.

Ümumilikdə 7 kəndi birləşdirən və turistlərin Şahdağ qış-yay turizm kompleksinə gediş-gəlişi daha da rahatlaşdıracaq bu avtomobil yolunda yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar