Bu ölkənin «Enerqomaş» Elm-İstehsalat Birliyi (EİB) və Çinin kosmik elmi-texniki korporasiyası birikdə hidrogen və metanla işləyən perspektivli raket mühərriklərinin hazırlanmasını planlaşdırır
Bu barədə «Roskosmos»un saytında xəbər verilir.
«İmzalanmış protokola əsasən, raket mühərrikləri sahəsində əməkdaşlıq oksigen-kerosin, oksigen-hidrogen və oksigen-metan komponentli maye yanacaqla işləyən mühərriklər hazırlanması istiqamətində aparıla bilər» – xəbərdə belə deyilir.
Beynəlxalq aviasiya-kosmik «Air Show China 2018» salonunda protokolu «Enerqomaş» EİB-nin baş direktoru İqor Arbuzov və Çinin kosmik elmi-texniki korporasiyası Altıncı akademiyasının prezidenti Lyu Çjijan imzalayıblar.
pia.az