Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər

Görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov, İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədov və İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. İdarə Heyətinin üzvləri Ermənistanın təcavüzkar siyasəti və xalqımıza qarşı törədilmiş soyqırımları haqqında avropalı qonaqlara ətraflı məlumat veriblər. Bildirilib ki, danışıqlar prosesinin bu günədək nəticəsiz qalması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır.

Bununla yanaşı, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib. Bu baxımdan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri münaqişənin tezliklə ədalətli həll edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün əhəmiyyətini qeyd etməklə yanaşı, bu istiqamətdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndə heyətinin də səylərini artırmağa çağırıblar/Azərtac.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar