Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elmar Məmmədyarov Avstriyanın ölkəmizə yeni təyin olunan səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib

Tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

pia.az

Şərh yazın.

loading...