Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Həmsədrlərdən nəsə gözləməyin, onlardan kənarda hansısa proseslər gedir”

Bu sözləri “Yeni Müsavat”ın canlı yayımında qonaq olan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib

O bildirib ki, bu səfərdən sonra həmsədrlərin açıqlaması onda bu təəssüratı yaradıb: “Onlar burada Düşənbədə nə baş verdiyi, kontaktlardan nə əldə olunması ilə bağlı məlumat aldıqlarını açıqladı. Bu, onu göstərir ki, vasitəçilər sülh prosesindən uzaqdadırlar. Yəni onlar regiona sırf hansısa məlumatı almaq üçün gəlir. Onlardan nəsə gözləmək düzgün deyil. Düşünürəm ki, artıq onlar prosesdən kənardadır”.

T.Zülfüqarov qeyd edib ki, Düşənbədə əldə olunan razılaşmaların 2-3 dəqiqəlik kontaktdan irəli gəlmədiyi məlumdur: “Bu kontaktı kimsə hazırlayıb. Ola bilsin, təklif kimi Rusiya hazırlayıb. Bu da normal bir şeydir.

İkinci bir məsələ Boltonun səfəridir. Həmsədrlərin bölgəyə səfərindən qabaq Bolton çox ciddi açıqlamalar verdi. Yəni həmsədrlərdən kənarda da hansısa proseslər gedir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Eks-nazir vurğulayıb ki, sülhə addımı Ermənistan atmalıdır: “Məntiq ondan ibarətdir ki, onlar ilk addım olaraq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Təəssüflər olsun ki, bu illər ərzində Petrosyandan sonra təbliğat elə qurulub ki, onlar bir qarış torpağı da qaytarmağı düşünmür. Yeni nəsil də artıq Qarabağı “vətən”inin bir hissəsi kimi qəbul edir. Təbliğat bu şəkildə aparılıb”.

T.Zülfüqarov qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı yalnız müharibə variantı gündəmdə deyil: “Münaqişələrin həlli yalnız bu iki variantın – hərb və diplomatiyanın kombinasiyası ilə mümkündür. Azərbaycan da hazırda bu siyasəti həyata keçirir. Buna görə də hələlik torpaqların azad edilməsi ilə bağlı yalnız hərbi variant nəzərdən keçirilmir. Düzdür, müharibə yolu ilə rayonların azad edilməsi ilə ciddi dəyişikliklərə nail ola bilərik. Ancaq Qarabağ münaqişəsinin real həlli hərb və diplomatiyanın kombinasiyası fonunda daha realdır”.

Azərbaycan 25 il ərzində dövlət qurmağı bacarmaqla qalmadı, həm də gücləndi. Ermənistanın isə ümumiyyətlə müstəqilliyi belə tanınmayıb. Bu mənada Ermənistan Azərbaycana uduzur”, – eks-nazir bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar