Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, həkimlər huşunu itirdi

Respublika Taksikologiya Mərkəzinə aparılan tibb işçilərindən 3-ü evə buraxılıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, gətirilənlərin hamısı kəskin baş ağrısından şikayətləniblər.

“Tibb işçilərindən əlavə, poliklinikaya gəlmiş 2 nəfər də Respublika Toksikologiya Mərkəzinə aparılıb, amma onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda 4 nəfər qalıb ki, onların da vəziyyəti normaldır, yaxın saatlarda evə göndəriləcəklər”, - Abubəkirov deyib.

Hazırda kəskin iyin səbəbi araşdırılır.

* * *

Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib - binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb. Baş həkim Tamella Kərimova dərhal işi dayandırıb, işçilər təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verib.

Virtualaz.org-a faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib. Onun sözlərinə görə, mühasib də daxil olmaqla 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar