Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq seçkiləri və Yaxın Şərq siyasəti: Nə dəyişəcək?

Konqresdən kimlər getdi, kimlər gəldi və administrasiyaya münasibətdə nə dəyişəcək?

Brayant Harris

“Əl-Monitor”

Çərşənbə axşamı seçkilərinin nəticələrinə əsasən, demokratlar Konqresin aşağı palatasını və beləliklə, prezident Donald Trampın Yaxın Şərq siyasətinə daha çox nəzarət etmə imkanı qazanıblar. Hər iki tərəfin ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əlaqəsini getdikcə daha çox tənqid edir, demokratlar Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasının bombalanma kampaniyasına ABŞ-ın dəstəyini sona çatdırmağı səsverməyə çıxaracağı gözlənilir.

Bundan başqa, respublikaçılar artıq demokratların Tramp, ailəsini və administrasiyasını İsrail və ABŞ-ın Körfəzdəki müttəfiqlərinə təsir göstərə biləcək cəncəlli əlaqələrinə qarşı çıxmaq üçün səylərini dayandıra bilməz. Eyni zamanda, İsrail, Hökumətdəki fələstinlilərə qarşı təəssübkeş fikirlərə sahib olan üç demokratla mübarizə aparmaq məcburiyyətindədir.

Amma Senata nəzarət respublikaçılarda qalıb. Yuxarı palatanı tərk edən bir neçə respublikaçıya baxmayaraq, xarici siyasətlə bağlı üç əsas komitə Tramp tərəfdarlarının nəzarəti altındadır.

Xarici İşlər Komitəsi: demokrat Eliot Enql, ehtimal ki, Trampın Yaxın Şərq siyasətinə, xüsusilə də Səudiyyə ilə olan əlaqələrinə daha çox nəzarət etmək üçün yeni sədr vəzifəsindən yetərincə istifadə edəcək. Respublikaçılar bu il Enqlın Trampın Helsinki sammitində Vladimir Putinlə danışıqlarının stenoqramını açıqlamaq səylərinə maneə törədib. Demokratların əksəriyyətdə olduğu halda, Tramp administrasiyası bu cür istəklərdən qoruna bilməz. Enql İranla nüvə razılaşmasına qarşı çıxsa da, Trampın sazişdən çıxmasına etiraz edib və yaxın vaxtlarda İranın bəzi neft idxalçılarına istisna ilə bağlı administrasiya ilə çəkişib.

Silahlı Qüvvələr Komitəsi: yeni sədr Adam Smitdir. Xaricdə ABŞ hərbi müdaxiləsinə hörmətlə yanaşır. Smit Yəməndə husi üsyançılarına qarşı Səudiyyə koalisiyasının müharibəsinin dəstəklənməsi əleyhinə qətnaməni müdafiə edənlərdən biri olub. Demokratlar, həmçinin Tramp administrasiyasının Suriyadakı İran qoşunlarına qarşı ABŞ qoşunlarının istifadəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Dövlət / Xarici Əməliyyatların maliyyələşdirilməsi Komitəsi: sədri Nita Loui Suriyaya və fələstinlilərə yardım ayırma qərarı ilə bağlı Tramp administrasiyasınaə təzyiq edəcək. Lowi İsrail təəssübkeşi olsa da, Tramp administrasiyasının bu ilin əvvəlində Qərbi Şəriyyə və Qəzzaya 200 milyon dollarlıq iqtisadi yardım ayırılmasının ləğvi qərarına qarşı çıxıb.

Senatın Xarici Əlaqələr Komitəsi: senator Ceyms Riş, böyük ehtimalla, Bob Korkeri əvəz edəcək. İranla bağlı sərt mövqeli Riş, Trampın Yaxın Şərq siyasətinə barmaqarası baxıb. Halbuki Korker son aylarda Səudiyyə Ərəbistanına qarşı getdikcə daha çox açıq-aşkar etiraz səsləndirib. Senatda qalan Bob Menendes Yəmən müharibəsində Səudiyyə Ərəbistanına həssas idarəedici döyüş sursatı satışını dayandırmağı tələb edənlərdən olub.

Senatın Silahlı Xidmətlər Komitəsi: Trampın Yaxın Şərq siyasətinə dəstək verən “İran şahini” Ceyms İnhof Komitədə qalacaq. Lakin demokrat Cek Ridd jurnalist Camal Xaşuqcinin öldürülməsindən sonra Səudiyyə Ərəbistanına qarşı getdikcə sərt bir xətt yürüdür. Rid, Riyada silah satışı qadağanına çağırış edir.

Senat Ödənişləri (Dövlət / Xarici Əməliyyatlar): Seçkilər bu komitədə heç bir dəyişiklik etməyib. Bu komitə insan haqları ilə bağlı Misirə təzyiq və Qərbi Səhranın işğalına görə Mərakeşə təzyiq göstərmək işini davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar