Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar haqqında maraqlı faktlar...  

ABŞ-da keçirilən ara seçimlərində Demokratlar Partiyasının müsəlman üzvləri Rəşidə Tlaib (Miçiqan) və İlhan Omar (Minnesota) Konqresə üzv seçiliblər

Tlaib və Omar ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlardır.

Musavat.com bu barədə xarici mediaya istinadən məlumat verir.

Bəs, Tlaib və Omar kimdir?

Tlaib Fələstin əsilli sosial təminat sahəsi üzrə mütəxəssisdir.

Tlaib fələstinli bir ananın və atanın 14 uşağından ən böyüyü olaraq, Detroiddə doğulub. Atası Ford fabrikində, özü isə sosial təminat üzrə mütəxəssis işləyib.

42 yaşındakı Tlaib 2008-ci ildə Miçiqan ştatında əyalət məclisinə üzv seçilən ilk müsəlman qadın olub.

2016-cı ildəki prezident seçkiləri dövründə Donald Trampın seçkiqabağı məruzəsini yarıda qoymaq üçün etiraz edən 10 nəfərədək etirazçıdan biri olub.

Demokrat Partili aday Rashida Tlaib

Afrika əsilli amerikalıların azlıq təşkil etdiyi bölgədən seçkiyə qoşulan Tlaib aşağı təbəqənin hüquqlarını müdafiə edən bir fəal portreti yaratmağı bacardı.

Tlaib həmçinin Trampın ən çox müsəlman ölkələrindən gələn vətəndaşlara ünvanlanan səyahət qadağasına qarşı çıxmaq üçün bu seçimlərdə iştirak etdiyini bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O, “ABC News”a verdiyi açıqlamada deyib: “Seçkilərə ona görə qatılmamışam ki, bu, tarixdə bir ilk olacaq. Mən yalnız ədalətsizliklər üçün, müsəlman kimliklərini, buraya aid olub-olmadıqlarını öyrənməyə çalışan oğullarım üçün girmişəm. Heç bir zaman kənarda dayanan biri olmadım”.

Tlaib seçilməsinin ardınca isə yaşadığı ərazidəki uşaqların və ailələrin ədalətli bir cəmiyyətdə yaşamaları üçün mübarizə aparacağını da qeyd edib.

Omar: Somali əsilli, hicablı siyasətçi...

Müsəlman siyasətçi İlhan Omar ailəsi ilə birgə Somalidən qaçmalarının ardınca, Kenyada bir qaçqın düşərgəsində yaşayıb.

Ailə daha sonra Lüteran kilsəsinin dəstəyi ilə Minnepolisə köçüb.

36 yaşındakı Omar 2016-cı ildə Minnesotadakı Somali əsilli amerikalı əyalət məclisinin üzvü olub.

Omar seçkilərdə qalib gəlməsinin ardınca verdiyi açıqlamada deyib: “Bu zəfər o qaçqın düşərgəsindəki uşaqlarındır, bu zəfər az yaşda evliliyə məcbur edilən qızlarındır, bu zəfər xəyalların sərhədləri olduğuna inandırılan hər insan üçündür”.

İlhan Omar həmçinin Konqres tarixində ilk hicablı üzvdür.

Omar seçildikdən sonra öz tvitter hesabında “Bunu birlikdə bacardıq. Hər birinizə təşəkkür edirəm” - deyə qeyd edib.

pia.az


Etiket: ABŞ Konqres

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar