Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp elə Tramp kimi də qalacaq...”

Düzdür, palatada qalan mötədil respublikaçılar bu nəticəni Trampın qanunsuz mühacirətə dair strategiyasına bir verdikt baxa bilərlər

ABŞ-da Konqresə ötən gün noyabrın 7-də keçirilən aralıq seçkilərdə Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti itirməsi nəylə nəticələnəcək? “Reuters” agentliyi yazır ki, onlar konqresdə daha mühafizəkar fraksiya ilə təmsil olunacaq, Prezident Donald Trampın provokativ ritorikası, sərt gündəmi ətrafında daha sıx birləşəcəklər.

Amma di gəl, onlar da azlıq təşkil edir.

Artıq Birləşmiş Ştatların böyük TV şəbəkələri demokratların Nümayəndələr Palatasına nəzarəti ələ alacağını, respublikaçıların isə Senatda çoxluğu qoruyub saxlayacağınıbildirir.

Agentlik yazır ki, uduzan respublikaçıların çoxu şəhər bölgələrindən mötədillər idilər və özlərini Tramp və ritorikasından kənar tuturdular. Amma yenə də uduzdular. Qalan respublikaçılar isə kənd ərazilərini təmsil edən mühafizəkarlardır və seçiciləri Trampı yekdilliklə dəstəkləyir.

“TRUMP ELƏ TRUMP KİMİ DƏ QALACAQ”

“Qısası, Tramp elə Tramp kimi də qalacaq. Respublikaçılardan bəziləri onu seçkidəki itkilərə görə suçlaya bilər, amma çətin ki üsyana cəsarətlənsinlər, özəlliklə də partiya Senatdakıüstünlüyü saxladığı bir dönəmdə”, – təhlildə vurğulanır.

Son iki ildə prezident barışdırıcılığa azacıq meyl də sərgiləməyib. O, partiyada ən populyar fiqur olduğunu bilir. İndi isə Tramp yenidən seçilməkdən ötrü cidd-cəhdlə kampaniyaya başlayacaq, tərəfdarlarını hərəkətə gətirəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu o deməkdir ki, hətta demokratların müxalifətini gücləndirməsinə baxmayaraq, Tramp “America First” (“Öncə Amerika”) gündəmini irəli aparacaq. Buraya isə qanunsuz immiqrasiya və ticarət proteksionizmi kimi qaynar məsələlər daxildir.

“Demokratların üstünlük təşkil etdiyi palatanın ABŞ sərhədində hasar tikintisini maliyyə ayırmayacağını bilə-bilə, Tramp bu məsələni gündəmdə saxlayacaq. Palatadakıdemokratların timsalında bir əks qüvvənin mövcudluğu ondan ötrü siyasi baxımdan effektli də ola bilər.

Palatada yerini qoruya bilmiş respublikaçılar isə yeni demokratik çoxluqla işləməyə elə də maraq göstərməyəcək. Respublikaçıların Konqresdəki gücü Senata yönələcək və hökumət daha çıxılmaz duruma düşəcək”, – agentlik yazır.

“Demokratik palata o deməkdir ki, prezident iş görmək istəyirsə, körpüləri bərpa etməlidir. Ancaq buna heç bir meyl sərgiləməyin və onun idarə etmək istədiyini, yoxsa sadəcə,öz fikirlərini ifadə etdiyini görmək maraqlı olacaq”, – Çikaqoda demokratları təmsil edən sosioloq Jason McGrath deyib.

Müəllifin fikrincə, demokratların qələbə çaldıqları bölgələrdəki dəyişikliyin respublikaçılara uzunmüddətli təsirləri olacaq. Bu bölgələrdə təhsil səviyyəsi, gəlirlər milli orta səviyyədən yüksəkdir, Trampla bağlı skeptisizm isə dərinləşir, yəni demokratlar burada möhkəmlənə bilərlər.

BAZA ELEKTORATI DƏYİŞMƏYİB

Respublikaçılar Trampın orta sinif, ağdərililər və yevangelistlər arasındakı tərəfdarlarından kənara çıxmaqda çətinlik çəkiblər. Partiya qadınlar, şəhər seçiciləri, kollec dərəcəsi olanlar, gənclər və azlıqları təmsil edənlər arasında mövqelərini möhkəmlədə bilməyib.

Konqresdəki fraksiya Trampa daha böyük sadiqlik göstərərsə, bu tendensiya da davam edəcək.

Senatda isə Trampın 2016-cı ildə qələbə çaldığı ştatlardakı mərkəzçi demokratlar uduzublar. İndianadan Joe Donnelly və Şimali Dakotadan Heidi Heitkamp respublikaçı mühafizəkarlarla əvəzləniblər və onlar qələbələrini prezidentin adına yaza bilərlər.

Üstəlik, Tram-ın senatdakı ən qatı tənqidçilərindən Bob Corker və Jeff Flake, eləcə də palatanın respublikaçı spikeri Paul Ryan istefa verir. Sonucunun baxışları bəzən prezidentkindən fərqlənib.

“Bütün bunlar Trampın partiyada iki il öncəkindən daha üstün mövqe tutmasını təmin edir. Kənd ştatlarında güclü kampaniya aparmış Tramp senatdakı qələbəni özünün seçicilərə səsverməyə aparmaq bacarığı ilə əlaqələndirə bilər”, – agentlik yazır. Və onu da vurğulayır ki, ilboyu respublikaçılar palatada potensial itkiləri gözə almışdılar. Ona görə də dünənki seçkinin nəticəsini partiyanın yolunu dəyişmək xəbərdarlığı saymaya bilərlər.

Tarixən də, hakimiyyətdə olan partiya yeni prezidentin birinci aralıq seçkisi zamanı müəyyən qədər yer itirir, özəlliklə də, onun reytinqi aşağıdırsa.

Məsələn, 2010-cu ildə Barak Obama-nın prezidentliyi dövründə demokratlar 63 yer itirdi, nəzarət respublikaçıların əlinə keçdi və Obamanın təşviq etdiyi məsələlərin gerçəkləşməsi ertələndi. (“Azadlıq” radiosunun xülasəsi)

pia.az


Etiket: Tramp analiz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar