Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşını mükafatlandırdı

Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırovanın 60 yaşı tamam olub

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Aybəniz Bağırovanı təbrik edib və onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, eləcə də anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.

Aybəniz Bağırova 4 oktyabr 1958-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya Aktyoru” fakültəsini bitirib.
1986-1997-ci illər ərzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərən Aybəniz Bağırova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddət ərzində “O olmasın, bu olsun”, “Şən dul qadın”, “Maritsa”, “Talelər qovuşanda”, “Silva”, “Çılğın Qasqoniyalı”, “Bir günlük siğə”, “Aldın payını, çağır dayını”, “Nəğməli könül”, “Dəli dünya”, “Bir saat xəlifəlik”, “Qadınsız yaşamaq olmaz”, “Şeytanın yubileyi” kimi tamaşalarda uğurla iştirak etmişdir.

O, mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2016-cı ildə isə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

Kollektiv tərəfindən də çox sevilən Aybəniz Bağırovaya Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin bu diqqəti hər kəsə sevinc bəxş edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar