Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ildə manat üçün hansı risklər var? - Ekspert rəyi

İqtisadçı-ekspert: “Ölkənin əsas tərəfdaşları Rusiya, İran, Türkiyə və digər qonşu ölkələrdə baş verən proseslər təbii ki, Azərbaycan üçün önəmlidir”

“Ümumiyyətlə məlum olmalıdır ki, büdcədən ayrılan vəsaitlər büdcədən əmək haqqı alan əhalinin sosial rifahını təmin etmək iqtidarındadırmı?”

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev dünən Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı dediyi fikirləri və gələn ilin dövlət büdcəsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır.

“Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”, - o qeyd edib.
Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.

“Bununla yanaşı, büdcənin sabitliyinin, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-ci il də daxil olmaqla, növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq”, - nazir deyib.

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manat üçün hansı riskləri təşkil edir və hökümətin devalvasiya risklərini ortadan qaldırmaq üçün yürütdüyü siyasəti optimal qəbul etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.

Azər Mehtiyev: “Azərbaycanda sərbəst şəkildə valyutanın məzənnəsini tənzimləyə biləcək bir iqtisadiyyat yoxdur”.

Bu il ərzində neftin dünya bazar qiymətlərinin yüksək olmasının ölkəyə kifayət qədər valyuta gətirdiyini xatırladan iqtisadçı-ekspert əlavə edib ki, ölkənin strateji valyuta ehtiyyatları artıb. Bu baxımdan təbii ki, manatın məzənnəsi üçün təhlükə yaranmır:

“Əvvəla onu qeyd edim ki, Azərbaycanda manatın məzənnəsi daha çox ölkəyə dollar gəlişindən asılıdır. Yəni manatın məzənnəsi neft gəlirlərindən və neftin qiymətindən asılıdır. İndiki halda neftin qiyməti dünya bazarında hələ ki, ölkəmiz üçün sərfəlidir. Bu il ərzində neftin dünya bazar qiymətlərinin yüksək olması ölkəyə kifayət qədər valyuta gəlməsini təmin edib və ölkənin strateji valyuta ehtiyyatları artıb. Bu baxımdan təbii ki, manatın məzənnəsi üçün təhlükə yaranmır.

Ancaq eyni zamanda nəzərə alsaq ki, Azərbaycan ixracını stimullaşdırmaq istəyir. Bu baxımdan ölkənin əsas tərəfdaşları Rusiya, İran, Türkiyə və digər qonşu ölkələrdə baş verən proseslər təbii ki, Azərbaycan üçün önəmlidir. Xüsusən həmin ölkələrin valyutalarının məzənnəsinin aşağı düşməsi Azərbaycanı həmin ölkələrlə ticarət əlaqələrində xeyli dərəcədə qeyri-sərfəli vəziyyətə gətirir.

Azər Mehtiyev: “Görünür nazir də bunu nəzərdə tutur ki, qeyri-neft sektorunda ixracın azalması problemi ilə üzləşmişik”.

Ancaq nəzərə alsaq ki, Azərbaycanda xarici ticarətində əsas yük yenə də neftin üzərinə düşür. Bu da bir qədər həmin təzyiqi azaldan amildir. Bu baxımdan Azərbaycan bir tərəfdən belə bir məsələ qarşısında qalıb ki, kifayət qədər valyuta ehtiyatının olması manatın məzənnəsinin sabit saxlanmasına imkan yaradır. Digər tərəfdən isə əsas ticarət tərəfdaşları ölkələrində, xüsusən də qeyri-neft sektoru üzrə əsas ticarət tərədaşlarında milli valyutaların ucuzlaşması ölkələrə ixracı bizdən stimullaşdırmır. Əksinə onlardan ölkəmizə idxalı stimullaşdırır. Bu hal son vaxtlar idxalın artmasında da özünü göstərir. Bu baxımdan da təbii ki, bu məsələ hansısa formada öz həllini tapmalıdır. Görünür nazir də bunu nəzərdə tutur ki, qeyri-neft sektorunda ixracın azalması problemi ilə üzləşmişik.

Amma o da məlumdur ki, Azərbaycanda manatın məzənnəsini bazar müəyyən etmir. Bu daha çox tənzimlənən bir elimentdir. Buna görə də Azərbaycanda sərbəst şəkildə valyutanın məzənnəsini tənzimləyə biləcək bir iqtisadiyyat yoxdur. Bu da ən azı hökumətin özünün hansı qərarlar qəbul etməyindən asılı olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar