Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkərli diabetinin aşkarlamasında yeni metod tətbiq edilir - Azərbaycanda

Respublika Endokrin Mərkəzinin direktor müavini: “Əvvəllər şəkərli diabetə görə müayinə aparılmadığı üçün müxtəlif şikayətlərə görə müraciət edən xəstədə şəkərli diabetin olub-olmadığını bilmirdilər”

Azərbaycanda şəkərli diabeti olan xəstələrin aşkarlanmasında yeni metod tətbiq edilir. Bu barədə Respublika Endokrin Mərkəzinin direktor müavini, “Azerbaijan Changing Diabetes Awards™ 2018” mükafatının Məsləhət Şurasının üzvü Babek Saleh məlumat verib. O bildirib ki, yeni üsul ölkədə ikinci tip şəkərli diabetin aşkarlanması statistikasını artırıb: “Biz bütün həkimlərə təlimat və təqdimat vermişik ki, şikayətlər üzrə daha dəqiq müayinələr aparsınlar. Əvvəllər şəkərli diabetə görə müayinə aparılmadığı üçün müxtəlif şikayətlərə görə müraciət edən xəstədə şəkərli diabetin olub-olmadığını bilmirdilər. İndi müəyyən şikayətləri olan xəstələrdə “oral glükoza tolerantlıq” testi aparılır. Çox vaxt ikinci tip diabeti olan xəstələrin xəbəri olmur ki, onlarda şəkərli diabet xəstəliyi var, yoxsa yox. Belə xəstələri vaxtında aşkarlayanda, müalicələrinə vaxtında başlayanda fəsadların qarşısını almaq mümkün olur. Düzgün və vaxtında diaqnoz şəkərli diabetin qanqerena, böyrək çatışmazlığı, korluq kimi xəstəliklərə səbəb olmasının qarşısını alır, həmçinin xəstəliyin gedişi yüngülləşir”.

Həmsöhbətimiz qeyd edir ki, son illər ikinci tip şəkərli diabetə 30-35 yaşında insanlarda da rast gəlinir. B. Saleh xəstəliyin cavanlaşmasının hərəkətsizlik, qidalanma, ekologiya ilə bağlı olduğunu, eləcə də bir sıra amillərin buna təsir göstərdiyini bildirir: “İnsanların passiv həyat sürməsi, hərəkətsizliyi, hazır yeməklərlə (fəsd-fud) qidalanması cavan yaşda şəkərli diabetə mübtəla olanların artmasına təsir göstərir. Amma son illər şəkərli diabetli xəstələrin ailə qurması, diabetə meyilli nəsilin də meydana gəlməsinə təsir edir. Əvvəllər şəkərli diabetli xəstələr ailə qurmurdu. Bu dərmanların keyfiyyətinin aşağı olması, vaxtında aşkarlanmanın olmaması və nəticədə belə xəstələrin çox ömür sürmədən dünyadan keçməsi ilə bağlı idi. Amma son illər şəkərli xəstələrin istifadə etdikləri dərman preparatlarının keyfiyyəti yüksəldiyindən, müalicəsi yaxşılaşdığından artıq şəkərli diabet xəstələri də ailə qururlar. Bəzən şəkər xəstələri bir-biriləri ilə evlənirlər. Bu da diabetə meyilli nəslin formalaşmasına gətirib çıxardır”.

B. Saleh deyir ki, əhalinin diqqətini şəkərli diabetə cəlb etmək, onların maarifləndirilməsi çox vacibdir: “Bu gün bütün dünyada şəkərli diabet xəstələrinin sayı artır. Diabetli xəstələrin statistikasında təxminən 12-15 faiz artım var. Bizdə də şəkərli xəstələrə dövlət qayğısının olması qeydiyyata duran diabetli xəstələrin sayının artmasına gətirib çıxardıb. Belə bir vaxtda şəkərli diabetin müayinəsi və müalicəsi ilə məşğul olan həkimlərin üzərinə də böyük məsuliyyət düşür. Mənim fikrimcə şəkərli diabetlə mübarizə istiqamətində fəal çalışan gənc həkimlərin əməyinin qiymətləndirilməsinə yönəlik layihələrin keçirilməsi təqdir edilməlidir. Düşünürəm ki, illərdir bu işlə məşğul olanların əməyinin “Azerbaijan Changing Diabetes Awards™ 2018” kimi mötəbər bir layihə çərçivəsində qiymətləndirilməsi həm onlar, həm də ümumilikdə cəmiyyətimiz üçün böyük stimul olacaq”, deyə Babek Saleh bildirir.

Qeyd edək ki, Novo Nordisk şirkətinin təşəbbüsü və dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda keçirilən “Azerbaijan Changing Diabetes Awards™ 2018” layihəsinin təsis olunmasının əsas məqsədi də elə şəkərli diabetə və onunla mübarizəyə cəmiyyətin diqqətini cəlb etməkdir. “Azerbaijan Changing Diabetes Awards™ 2018” layihəsi çərçivəsində Azərbaycanda diabetlə mübarizədə öz sözünü demiş bir sıra peşə sahibləri mükafatlandırılacaq. “İlin ən yaxşı həkimi”, ”İlin ən yaxşı təlimçisi”, “İlin innovatoru”, “İlin ən yaxşı jurnalisti” nominasiya üzrə qaliblərin adları Azərbaycanda 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunmuş “Azerbaijan Changing Diabetes Awards™ 2018” layihəsinin yekun tədbirində açıqlanacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar