Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Müdafiə Nazirliyindən Yerevana zəng vururlar  

Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb

Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib/ Virtualaz.org “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Tonoyan AzərbaycanErmənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”-David Tonoyan parlamentdə bildirib.

O qeyd edir ki, təmas xəttində gərginlik Düşənbədə baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

“İndi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var. Biz qoşnların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”-Tonoyan deyib.

“Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”-deputatlar müdafiə nazirindən soruşublar.

“Çox konstruktiv reaksiya verir”-Tonoyan cavab verib.

Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır. Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir.

Azərbaycan Müdafiə Nazirliyi də bizimlə əlaqə saxlayır. Şəxsən mənimlə yox, amma nazirliklə-bəli. Yenə də konstruktiv şəkildə”-o bildirib. Tonoyan əlavə edib ki, Paşinyanla Əliyev arasında birbaşa telefon rabitəsi hələ mövcud deyil.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə onun rabitə əlaqəsinin qurulduğu haqda bu günlərdə Nikol Paşinyan bildirmişdi. Paşinyan deyib ki, lazım olan məqamda informasiya yarım saat ərzində Azərbaycan prezidentinə və ya ona çatdırılır. Lakin Paşinyan rabitə kanalının hansı struktur üzərindən qurulduğunu deməmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar