Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Televizorsuz evdə böyüyən, dayəlik, katibəlik edən prezident...

Estoniyanın ilk qadın lideri, 5 dil bilən Kersti Kalyulayd

News.ru, (Rusiya)

Estoniya lideri – ölkənin ilk qadın prezidenti Kersti Kalyulayd 1969-cu ildə Tartu şəhərində anadan olub. Uşaqlıq illəri Tallin ətrafındakı Mustamyag rayonunda – beşmərtəbəli binadakı ikiotaqlı mənzildə keçib.

Kerstinin valideynləri boşanmışdı və ailədə hətta ən zəruri ehtiyacların təmin edilməsinə pul çatmırdı. Gələcək prezidentin evində televizor belə, yox idi. Tallindəki 44 saylı məktəbdə oxuyan Kersti məcburiyyətdən dayəlik edib pul qazanırdı.

Bütün bunlarla yanaşı, Kersti üçün yaxşı bir nümunə var idi – Profilaktik Tibb üzrə Elmi Araşdırmalar İnstitutunun elmi işçisi olan anası. Düzdür, anası çox qazanmırdı, amma cəmiyyətdə hörmət sahibi idi. Məktəbin ilk illərində Kersti nümunəvi davranış sərgiləmirdi və bu səbəbdən direktorluğa çağırılan anası qızının yerinə utanmalı olurdu.

Lakin sonradan Kersti yaxşı oxumağa başlayır və orta məktəbi gümüş medalla başa vurur. Attestat alandan sonra Tartu Universitetinin biologiya fakültəsinə daxil olur. Genetik problemlərin öyrənilməsinə köklənən Kersti bu sahəni daha perspektivli hesab edirdi. Və anası kimi elmi işçi olmaq istəyirdi. Lakin şərtlər, ölkədəki iqtisadi çətinlik onun bu arzusunu gerçəkləşdirməyə imkan vermir. Kalyulayd 1992-ci ildə ali məktəbi başa vuraraq diplomunu alır.

Sovetlər dağılandan sonra digər ittifaq ölkələri kimi, Estoniya üçün də asan dövr deyildi. 19 yaşında ana olan Kersti Silya adlı qızını böyüdürdü. Universiteti bitirəndən sonra isə onun oğlu Siyim dünyaya gəlmişdi. Maddi sahədəki çətinliklər ona elm sahəsində karyeraısını qurmağa imkan vermirdi.

“1994-cü ildə ikinci “dekret”dən sonra ixtisasım üzrə işə qayıtmaq istədim. Gəlirim heç bağça xərclərini ödəmirdi. Yadamdadır, ikinci övladımın dünyaya gəlməsinə bir ay qalmışdı, mən soyuducu almaq üçün pul yığırdım. Lakin mən görürdüm ki, bəzi məqamlar var ki, onlara görə həyatını dəyişməyə dəyər”, – deyə Estoniya lideri həyatının çətin illərini xatırlayır.

Kalyulayd elmdən ticarətə keçid edir. Əvvəlcə xarici ofis texnikası satan firmada katibə olur. Lakin qısa zamanda yaxşı işçi kimi fərqlənərək satış meneceri olur. Sonra oxşar işlə məşğul olan başqa firmada işə başlayır.

“Telefon satışı firmasındakı iş təcrübəsi sayəsində o, fikrini həm şifahi, həm də yazılı şəkildə yaxşı ifadə etməyi, müştərilərdən lazımi informasiyanı almağı öyrənmişdi. Məsələnin mahiyyətini tutmağı və nəticələr çıxarmağı bacarırdı”, – deyə firmadakı keçmiş müdiri Mart Myagi Kerstini belə xatırlayır.

1998-ci ildə Kersti siyasətçi Matti Maazikasla tanış olur. Bir il sonra Maazikasın partiyası seçkiləri udur. Və o, Kerstiyə baş nazirin müşaviri postunu təklif edir. Sonradan Kalyulayd siyasətdə fəallıq nümayiş etdirir və müxtəlif partiyalarda təmsil olunur. 12 il Avropa Parlamentinin Hesablama Palatasında Estoniyanı təmsil edir.

2016-cı ildə Estoniya parlamentinin deputatları onu prezident kürsüsünü tutmağa layiq gördüklərini bəyan edirlər.

Kersti Kalyulayd ikinci dəfə ailə qurur. İlk dəfə o, 1988-ci ildə Tartudan olan Taavi Talvik adlı sadə oğlanla nikaha girmişdi. Sonralar Talvikin də ulduzu parlayır. Və o, Estoniyada rabitə və internetin inkişafına böyük töhfələr verir. 1992-ci ildə Talviki radiokəşfiyyatla məşğul olacaq məxfi orqanda işləməyə dəvət edirlər. O, paralel olaraq bizneslə məşğul olur. Hazırda Talvik mobil qurğular üçün proqram təminatının hazırlanması ilə məşğul olan şirkətin direktorudur.

Kalyulaydın siyasətə gəlişi ailə münasibətlərinə pis təsir edir və cütlük ayrılır. Kersti özü bunu belə qiymətləndirir: “Bir adamla bir ömür bir yerdə yaşamaq alınmırsa, bunda faciəvi heç nə görmürəm”.

 

Prezident ikinci həyat yoldaşı ilə

 

Kersti 2004-cü ildə Georq-Rene Maksimovski ilə ailə qurur. Maksimovski dövlət sirlərinə çıxışı olan dövlət informasiya və kommunikasiya idarəsində işləyirdi. İdarədən onlarda belə bir adamın işləmədiyini deyirlər. Lakin istisna deyil ki, Maksimovski Estoniyada geniş yayılan metoddan istifadə edib. Yəni xüsusi xidmət orqanlarında psevdonimlə xidmət aparıb.

Toylarından bir il sonra cütlüyün oğlan övladı olur. Valideynləri bərk məşğul olduqları üçün uşağa Kerstinin anası baxır. 2009-cü ildə onların daha bir oğlu dünyaya gəlir. Və Kerstinin əri işdən ayrılmaq məcburiyyətində qalır.

Prezidentin qızı 30 yaşlı Silya özünü təhsil və elmi tədqiqatlara həsr edib. Artıq doktorluq dissertasiyası müdafiə edib. 26 yaşlı oğlu Siyim texniki kolleci bitirib və kompüter texnologiyalarının inkişafı ilə məşğul olur. Onun hazırladığı mobil proqram təminatı (firmalara pis xidmətə görə müştəridən üzr istəmək imkanı yaradan) ölkəsində və xaricdə populyarlaşıb.

“Həyatınızdan razısınızmı?” sualına Kersti həmişə “Xoşbəxtəm!” deyə cavab verir.

O da məlumdur ki, xanım Kalyulayd eston dili ilə yanaşı, rus, ingilis, fransız və fin dilində sərbəst danışır.

Estoniya liderinin futurologiyaya böyük marağı var. 16 yaşında ikən Kersti “Estoniya 2020-ci ildə” adlı esse yazmışdı. Və onun proqnozlarının bir qismi artıq reallaşıb. Məsələn, Estoniya kompüter texnologiyalarında sıçrayışlar edəcək, bərpa olunan enerji mənbələrinin inşası üçün hərəkətə keçəcək. Kerstinin özünü doğrultmayan proqnozları isə bunlardır – Estoniya əhalisinin sayının artması, bir eston müəllimin Qərbi Avropadakı müəllim qədər maaş alması…

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar