Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda şəkər xəstələrinin sayı artır

Azərbaycanda ildən-ilə şəkəli diabet diaqnozu qoyulan xəstələrinin sayı orta hesabla 26-30 min nəfər artır

Bu fikirləri açıqlamasında Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə şəkəli diabet diaqnozu ilə 242 min xəstə qeydiyyata alınıb.

“Növbəti ildə bu göstəricinin 270 minə çatması gözlənilir. Gizli şəkərli diabet xəstələrinin sayı da çoxdur”, - müsahibimiz qeyd edib.

Seyidov əlavə edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin statistikasının artmasına səbəb səhiyyə sisteminə inamın artmasıdır.

“Uşaqlar və yaşlı şəxslər arasında aparılan dispanserizasiya, ölkənin poliknika və diaqnostik mərkəzlərinə inam, tibb müəssisələrinin təmiri və yenilərinin inşa edilməsi əhalinin səhiyyə sisteminə inamının artmasına səbəb olub. İnsanlar tez-tez poliknika və tibb müəssisələrinə müraciət edir ki, bu zaman da gizli diabet aşkar edilir”, - Nabil Seyidov əlavə edib.

O qeyd edib ki, dövlət şəkər xəstələrini dərman pereparatları, qlyukometr və spirtlərlə təmin edir.

“Bu il ölkənin bütün rayon və şəhərlərinə qlyukometr və spirtlər paylanılıb. Təəssüflər olsun ki, Azərbaycanda əhaliyə Avropa ölkələrinə nisbətən daha az qlyukometr və spirtlər verilir. İstisna deyil ki, rayonlara paylanılan qlyukometr və spirtlərin sayı həmin ərazidəki xəstələrin sayına uyğun olmasın. Bu, ona görə baş verir ki, xəstələrin sayı istehsal edilən qlyukometr və spirtlərin alınmasından daha sürətlə artır”, - şöbə müdirinin müavini bildirib.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar